Umbakı qəsəbəsində körpünün uçması nəqliyyat vasitələrinin keçməsində çətinlik yaradır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpünün uçması nəqliyyat vasitələrinin keçməsində çətinlik yaradır.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu avtomobil körpüsü Umbakı qəsəbəsi ilə paytaxt Bakını əlaqələndirən yeganə avtomobil yolunun üzərində yerləşir.
Son vaxtlar yağan güclü yağışlardan sonra körpü uçmuşdu və qəsəbə ilə paytaxt Bakının əlaqəsi kəsilib.
Sonradan yağan güclü yağışdan sonra isə həmin körpü tam şəkildə uçaraq tamamilə yararsız vəziyyətə düşüb.
Aidiyyəti qurumlar tərəfindən qəsəbə ilə şəhər mərkəzinin əlaqəsini bərpa etmək məqsədilə çayın üzərində müvəqqəti yol çəkilib.
Yağan güclü yağışdan sonra həmin yol da tam şəkildə yuyulub və qəsəbə ilə şəhər mərkəzinin əlaqəsi yenidən kəsilib.
Hazırda aidiyyəti qurumlar tərəfindən müvəqqəti yol bərpa olunub, lakin bərpa olunan bu yoldan nəqliyyat vasitələrinin keçməsində hələ də çətinliklər yaranır.
Daha çox foto burada: PhotoStock.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 May 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















