Umbakıda yeni cəzaçəkmə müəssisəsi tikilir
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
"Prezidentin tapşırığı ilə artıq yeni cəzaçəkmə müəssisələri tikilir. Bu layihələr mövcud infrastrukturun yenilənməsinə xidmət edir".
Modern.az xəbər verir ki, bu sözləri ədliyyə naziri Fərid Əhmədov "Report" və İTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb.
"Eyni zamanda Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub. Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsilərini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub".
Fərid Əhmədov bildirib ki, bu cəzaçəkmə müəssisələri tam müasir standartlara cavab verəcək:
"Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkənlərə nəzarət mexanizmlərinin rəqəmsal alətlərlə - üz tanıma sistemləri və digər texnoloji həllərlə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə vermiş olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Oktyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















