Icma.az
close
up
RU
Umberto Eko: Orta əsrləri xəyal etmək

Umberto Eko: Orta əsrləri xəyal etmək

Icma.az bildirir, 525.az portalına istinadən.

Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin müdiri, fəlsəfə doktoru

Dünya şöhrətli yazıçı Umberto Ekonun "Orta əsrləri xəyal etmək" kitabında onun müxtəlif məqalələri toplanıb. Kitabı italyan dilindən türk dilinə Şadan Karadeniz tərcümə edib. Toplunun adı isə müəllifin iki məqaləsinə - "Orta əsrləri xəyal etmək" və "Orta əsrlərdə yaşamaq" adlı yazılarına uyğun seçilib.

Umberto Eko yazıçı olsa da,  əslində bu kitabda toplanan məqalələrdə o, "təxəyyül" və "xəyal"dan daha çox, orta əsrlərin ciddi tədqiqatçısı (medievist) kimi çıxış edir, bir növ "kəşfi-qədim" cığırları ilə intellektual yürüşə çıxır. Onun fikrincə, orta əsrlər yalnız reallıqlara əsaslanaraq tədqiq edilməlidir.

Eko ilkin olaraq müasir dövrlərdə orta əsrlərə marağın artmasını muzeylərdən, ədəbiyyatdan və elm tarixindən gətirdiyi faktlarla izah edir. London, Paris və Amerika kitab mağazalarının rəfləri orta əsrlərə aid əsərlərlə doludur. Onun fikrincə, həm amerikalılar, həm də avropalılar üçün mühüm məsələlərin çoxu məhz orta əsrlərdə formalaşmışdır: müasir dillər, ticarət şəhərləri, kapitalist iqtisadiyyatın əsasları, müasir dövlət nəzəriyyəsi, kilsə ilə dövlət arasındakı qarşıdurmalar, müasir məhəbbət anlayışları, kompasın ixtirası, ərəb-müsəlman riyaziyyatının qəbulu, 1492-ci ildən sonrakı inkişaflarla birlikdə barıt və Qutenberqin ixtirası. Hətta buxar maşınları, toxuculuq dəzgahları və eynəyin icadı da orta əsrlərə aiddir.

Umberto Eko məqalələrində müxtəlif sahələrdən arqumentlər gətirərək orta əsrlərin müasir dövrdəki əhəmiyyətini və aktuallığını vurğulayır. Onun fikrincə, biz fəlsəfi məfhumları antik Yunan və Romadan miras alsaq da, onların tətbiqi orta əsrlərdə baş verib. Məsələn, teatrın funksional istifadəsi məhz orta əsrlərə təsadüf edir.

Eko, orta əsrlərə və köklərimizə qayıdışı, insanın sağlamlıq vəziyyətini anlamaq üçün uşaqlığına nəzər salmasına və ya psixoloqun ruhi durumu qiymətləndirmək üçün insanın keçmişinə müraciət etməsinə bənzədir. Bu baxımdan, onun fikrincə, orta əsrləri düzgün başa düşmək üçün fantaziyalara deyil, etibarlı və real tarixi mənbələrə əsaslanmaq vacibdir.

Eko qeyd edir ki, orta əsrlərin başlanğıcı Roma imperiyasının süqutuna və xristianlığın geniş yayılmasına təsadüf edir. Onun fikrincə, imperiyanın çöküşünün səbəbi xristian əxlaqı deyildi. Roma çoxdan özünü məhv etmişdi. Bu, İsgəndəriyyə və Şərq mədəniyyətlərinin - Mitra və Astarte inanclarının təsiri ilə falçılıq, yeni cinsi ayinlər, müxtəlif xilasedici və ümidverici təsəvvürlərlə yaşaması nəticəsində baş vermişdi. Cəmiyyətdə patrisi və plebeylər (soylular və sadə təbəqələr) arasındakı fərqlər də aradan qalxmışdı. Bu dövrdə Pifaqoru yaymağa, Aristoteli yenidən şərh etməyə çalışan Boesi yeni mədəniyyət forması ortaya qoyaraq "barbar" mədəniyyətlərə istinad edir və ilk tədqiqat mərkəzlərinin əsasını qoyurdu.

Eko orta əsrlərlə müasir dövr arasında olan etimadsızlığı müqayisə edir. Onun fikrincə, orta əsrlərdə meşədə gəzən insan oranı şər varlıqlarla dolu, qorxulu bir məkan kimi təsəvvür edirdi. Şəhərdən kənara çıxmaq təhlükəli sayılırdı, kişilər isə daim silah daşıyırdı. Müasir dövrdə isə bu qorxu Nyu-Yorkda yaşayan orta təbəqəli ağdərili insanların davranışlarında əks olunur. Məsələn, onlar axşam saat beşdən sonra Mərkəzi Parka daxil olmur, gecəyarısından sonra isə qadınların çoxu metrodan istifadə etmir.

Eko bu kontekstdə bildirir ki, Fransiskanlarla Dominikanlar arasındakı qarşıdurma, Trotskiçilərlə Stalinçilər arasındakı münaqişədən o qədər də fərqlənmir. Orta əsrlər vizual mədəniyyətə əsaslanırdı - katedrallar sanki daşdan yazılmış kitabı xatırladırdı. Müasir dövrdə isə bu funksiyanı reklamlar, televiziya proqramları və sirli illüstrasiyalar yerinə yetirir.

Eko qeyd edir ki, heç kim orta əsrləri rifahlı bir dövr kimi təsəvvür etmir. Bu dövr daha çox doqmatizm və ağla qarşı duran bir mədəni çevrilişlə səciyyələnirdi. Sistemli mühafizənin olmaması səbəbindən bir çox dəyərli əlyazmalar itib, gözəl şeirlər məhv olmuş, onların yerinə tapmacalar və dualar yazılmışdır. Müqəddəs mətnlər təhrif edilmiş, Yunan şəhər-dövlətləri haqqında dəqiq biliklər olmadan kommunal cəmiyyətlər qurulmuşdur. Əgər istək olsaydı, Ptolemeyin astronomiyası və Eratosfenin coğrafiyası əsasında Kolumbdan əvvəl də Amerika kəşf edilə bilərdi.

Tənqidi yanaşmada Eko hesab edir ki, bu gün də orta əsrlərin bəzi qüsurlarını təkrarlayırıq. Məsələn, katedralların yerini banklar, kilsələrin yerini isə dövlətlər alıb - və bu qurumlar da çox zaman səmərəsiz və qüsurlu şəkildə idarə olunur. Dil fəlsəfəsində, strukturalizm və semiotikada da orta əsrlərin gizli izləri hələ də qalmaqdadır.

Kitabda orta əsrlərlə dolayı şəkildə bağlı olan müxtəlif mövzularda da məqalələr yer alır. Məsələn, fizionomiyanın orta əsrlərdə formalaşmasında Aristotelin ruh-bədən harmoniyası ideyalarının rolu, eləcə də Hegelin "ruh üzün aynasıdır" fikri əsasında formalaşan təbii fizionomiya anlayışı təhlil olunur. Bu məqalələrdə gözəllikdə çirkinliyin, çirkinlikdə isə gözəlliyin gizlənə biləcəyi düşüncəsi vurğulanır.

Eyni zamanda, Eko müasir irqçilik ideologiyalarını da tənqid edir. Belə ki, bəzi irqçi nəzəriyyələr yəhudiləri qalın dodaqlı və iri gözlü, latın irqini qısa boylu və qarayanız, ari irqini isə uzun boylu, sarışın və sakit təbiətli kimi təqdim edir - bu isə tamamilə elmi əsası olmayan stereotiplərdir.

"Ehtimalların birləşməsi və ölümün vəzifəsi" adlı məqaləsində Eko etik problemlərlə riyazi-məntiqi anlayışları müqayisə edir. O yazır: "Dördbucaqlı dairə yoxdur deyə heç kim intihar etməmişdir. Amma Napoleonun varlığına şübhə etdiyinə görə özünə qəsd edən və ya gilyotin altında ölməyə razı olan insanlar olmuşdur".

"Aynalar" adlı başqa bir məqaləsində isə Eko aynanın ikili mahiyyətinə toxunur. O qeyd edir ki, insan 6-8 aylığında öz fiziki varlığını dərk edir və bu mərhələdən sonra aynalar artıq "mən" və "başqası" anlayışları ilə metaforik əlaqə qurmağa başlayır. Bu yanaşma ərəb-müsəlman alimlərinin fizika sahəsindəki tədqiqatları ilə inkişaf etdirilmiş, təhrifedici aynalar meydana çıxmış və nəticədə insanlararası münasibətlər semiotik bir sistem şəklində formalaşmışdır.

Ümumilikdə, Umberto Eko bu məqalələrdə vurğulayır ki, orta əsrləri dərindən anlamadan nə modern, nə də postmodern düşüncə sistemlərini tam başa düşmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri