Umerov və Kalın ukraynalı hərbi əsirlərin azad olunmasını müzakirə ediblər
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Türkiyədə bu ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.
Moderator.az xəbər verir ki, Umerov bu barədə "X"dəki səhifəsində yazıb.
Görüş zamanı tərəflər ukraynalı hərbi əsirlərin azad olunması məsələsini müzakirə ediblər.
"Biz təhlükəsizlik sahəsində vəziyyəti qiymətləndirdik, hadisələrin mümkün inkişaf ssenarilərini müzakirə etdik və danışıqlar prosesinin dinamikası, həmçinin regional şərait nəzərə alınmaqla fəaliyyətləri koordinasiya etdik. Biz həmçinin hərbi əsirlərimizin azad olunması, eləcə də Rusiya tərəfindən qanunsuz şəkildə oğurlanmış mülki şəxslərin və uşaqların geri qaytarılması məsələsini müzakirə etdik", - Umerov qeyd edib.
O vurğulayıb ki, tərəflər mövcud əməkdaşlıq formatları çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 01 Yanvar 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















