Icma.az
close
up
RU
Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar Elmar Baxşıyev

Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar Elmar Baxşıyev

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

“Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunları 4-5 gündən bir oynadığımıza görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, qarşıdakı matçlarda yaxşı dincəlib, analiz edib, oyunlara hazırlaşacağıq”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 32-ci turunun “Səbail”lə(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

Komanda qol vurur, amma bundan sonra sanki geri çəkilir. Bu da bir neçə dəfə olub.  ilə bağlıdır? 
– Komandaya tapşırıq olmur ki, sırf müdafiəyə otursunlar. Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırdılar. Heyətimiz də geniş deyil. Çox da rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyilik. Komandamıza yenə də inanırıq. Qarşıdakı matçlarda daha dinamik, daha sanballı “Araz-Naxçıvan” görəcəyimizə inanıram.

Kubok əldən çıxdı, demək olar ki, turnir cədvəlində ikinci yeri tutmaq şansını da itirirsiz. Bəs üçüncü pillədəki yerinizi əldən çıxması mənasında komandada basqı var?
– Komanda sezon ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq.

“Turan Tovuz”un ardıcıl xal itkiləri sizi motivasiya edir, yoxsa hədsiz arxayınçılıq verir?
– Xeyr. Komandamızı daha çox rəqiblərdən yox, özümüzdən asılı etməyə çalışırıq.

Əvvəlki dövrələrdə qazandığınız qələbələr sizi bu aralar xilas edir. Çünki statistikaya baxsaq, Premyer Liqada son 12 matçda cəmi 1 qələbəniz var. Bunuilə izah etmək olar?
– Xilas edir deyəndə, o qələbələri də kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaq durursan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır.

Zaman-zaman hakimliklə bağlı gileyiniz, şikayətiniz olur. Ara-sıra mətbuata da söz atırsız. “Araz-Naxçıvan” ilk “altılıq”da qərarlaşan komandalar arasında ən az qol vurandır. Hakimlərin bəzi oyunlarda qərəz səhvlərini görürük. Futbolçularınızın az qol vurmasının səbəbi nədir?
– Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərik. Sadəcə dəyərləndirmədə bir az axsama var. Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim öz söz atmağıma gəlincə, siz fərqli düşünürsüz. Mən heç kimə söz atmıram. Sadəcə bəzən reallığı çox adam görmək istəmir. Keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Biz gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar. (Sportal)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://fanat.az
archiveBu xəbər 27 Aprel 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri