Ümid edirəm ki, çempionluq ylundakı ilk addım qələbə olar Şəfa nın baş məşqçisi
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qarşısına 1-ci Liqanın qalibi olmaq hədəfi qoyulan "Şəfa" debütantı olduğu çempionatın hazırlıqlarını davam etdirir. Bakı təmsilçisi ilk oyununu sentyabrın 12-də, öz meydanında digər debütant "Şimal"a qarşı keçirəcək. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şimal" kollektivi 2-ci Liqadan tanıdığımız rəqibdir. Əzmkar kollektiv olduqlarini bilirik. İlk yoxlama goruşündə də onlarla qarşılaşmışdıq. Lakin yeni mövsüm üçün qurduqları heyət fərqlidir. Çox sayda dəyişikliklər ediblər. Onların son yoxlama oyunlarını da izləmişik. Əlbəttə, rəqiblərimizin oyunlarini təhlil etsək də, həmişə bizə qarşı fərqli taktiki gedişlərə əl atırlar. Amma futbolçularımız təcrübəli olduqları üçün belə sürprizlərin öhdəsindən gəlməyi bacarırıq. Çempionatın ilk oyunlari hər zaman ağır keçir. Ümid edirəm ki, ilk tur bizim üçün müsbət nəticələnər və çempionluq yolundakı ilk addım qələbə olar. Yaxşı futbolçulardan ibarət heyətimiz var. Yaxşı hazırlıq da keçdiyimizə görə qələbələr qazanacağımıza ümidlərimiz böyükdür".
Nihat


