Icma.az
close
up
RU
Ümid edirəm ki, verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək

Ümid edirəm ki, verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik motivasiya xarakterli, indiki halda isə peşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasına xidmət edən əlavə və dəyişikliklər, nə qədər priorotet olsa da, təkcə işğaldan azad etdiyimiz ərazilərimizi əhatə etməməli və daha geniş spektrdə, xüsusilə də əmək bazarı nəzərə alınmaqla, qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir.

Ölkə.Az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sıraya, qanunvericilik səviyyəsində olmasa da, digər hüquqi-normativ aktlar çərçivəsində peşə təhsili alan gənclərin, xüsusilə də fermer təsərrüfatları yaratmaları üçün kiçik biznes layihələrinin maliyyələşdirilməsinə, onlara təşkilati və hüquqi yardım göstərilməsi istiqamətində təşəbbüslər də daxil edilməlidir.

“Qanun layihəsinin ümumi mahiyyəti imkan verdiyi üçün təmsil etdiyim Ağsu rayonu ilə bağlı bir mühüm məqama diqqət çəkmək istəyirəm. Ağsu rayonu onu əhatə edən inzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşə təhsili verən təhsil müəssisəsi yoxdur. Məsələyə Dağlıq Şirvan iqtisadi rayonu kontektindən yanaşmayacağam. Çünki xəritə və ərazinin ümumi relyefi əhalinin gediş-gəlişi baxımından, nəzəri deyil, sahə üzrə yanaşmaların zəruri olduğunu ortaya çıxarır. Məsələn, Ağsudan Kürdəmirə getmək daha rahatdır, nəinki dolayları aşaraq, Şamaxıya və ya Qobustana. Ağsu rayonunun 81 min əhalisi var. Bəzi qonşu rayonlarla müqayisədə Ağsunun əhalisinin sayı heç də az deyil. Rayonda mövcud olan sənaye müəssisələri də, yenə də qonşu rayonlarla müqayisədə kifayət qədərdir”, - o qeyd edib.

O əlavə edib ki, Ağsu rayonunu əhatə edən Şamaxı, Göyçay, İsmayıllı və Kürdəmirdə peşə liseyləri var və bu liseylərdə tədris olunan ixtisasların da əhəmiyyətli hissəsi bir-birini təkrarlayır:

“Məsələn, “Geniş profilli traktorçu-maşinist, təmirçi çilingər” ixtisası adlarını sadaladığım rayonlarda fəaliyyətdə olan peşə məktəblərinin hər birində var. Eyni fikri “Elektrik qaz qaynaqçısı”, “Əməliyyatçı-mühasib”, “Elektrik montyoru”, “Baytar texniki”, “Avtomobil təmiri” və digər ixtisaslarla bağlı demək də mümkündür. Amma Ağsu da daxil olmaqla adlarını çəkdiyim rayonlarda ən böyük problem suvarma sistemləri ilə bağlı olduğu halda, yalnız Kürdəmirdə belə bir peşə tədris edilir. Və yaxud ərazidə yaşayan əhali əsasən kənd təsərrüfatı ilə məşğul olsa da “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” peşəsi, yalnız Göyçay peşə liseyində var.

Bununla yanaşı, həm Şamaxıda, həm Göyçayda, həm də İsmayıllıda kollec var. Sözügedən kolleclərdə də bir xeyli ixtisas təkrarlanır. Amma Ağsuda nə peşə məktəbi, nə də kollec yoxdur və bu da şübhəsiz ki, rayonda təhsilin səviyyəsinə və elm və təhsillə bağlı ümumi atmosferə öz mənfi təsirini göstərir.
Fürsətdən istifadə edib, buradan hökumətimizi Ağsu rayonunda kollec və ya peşə liseyinin yaradılması ilə bağlı təşəbbüsləri nəzərdən keçirməyə çağırıram. Ümid edirəm, peşə və kollec təhsilinin inkişafı ilə bağlı təşəbbüslərə verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək”.

Mürtəza
Ölkə.Az
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri