Ümid edirik ki, mövsümün ikinci yarısında fərqli komanda görəcəyik Cavid Hüseynov
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Səbail" Misli premyer-liqasının evdə keçirilən 18-ci tur matçında "Zirə"yə uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bizi gərgin oyunuun gzlədiyini bilirdik. Sonuncu pillədə olduğumuza görə üzərimizdə təzyiq var. Buna rəğmən, həftə ərzində yaxşı hazırlaşmışdıq. Rəqibi ciddi analiz etmişdik. Uduzandan sonra danışmaq çətindi. "Zirə" ani diqqətsizlik üzündən verdiyimiz şansdan maksimum istifafə etdi.
- Təyinatınızdan sonra ümidli sözlər demişdiz. Görünür, məqsədə çatmaqda çətinlik çəkirsiz. Buna səbəb nədi?
- Səbəblər haqda çox danışmışıq. Məncə, bundan sonra nəsə demək yersiz olar. Qış fasiləsində çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq ki, sonuncu pillədən xilas olaq.
- Nəticələr klub rəhbərliyiylə müzakirə edilir? Durumu onlar necə qarşılayır?
- Hər şey ortadadı. Heyət kasaddı. Bu haqda dəfələrlə danışmışıq. Rəhbərlik durumdan xəbərdardı. Ümid edirik ki, mövsümün ikinci yarısında fərqli komanda görəcəyik.
- "Səbail"ə gəldiyinizə görə peşmansız?
- Xeyr.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















