“Ümidliyik” Görüşdən sonra bunları dedi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirilən görüşdən sonra açıqlama verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Kuşner danışıqların nəticələrindən nikbin olduğunu bildirib.
O, ABŞ tərəfinin müharibənin başa çatdırılması istiqamətində irəliləyiş əldə etməyə ümid etdiyini vurğulayıb:
“Ümidliyik. Prezident Trampın məqsədi yalnız hazırkı müharibəni necə başa çatdıracağımızı müəyyən etmək deyil, uzunmüddətli və davamlı sülh üçün düzgün şərait və razılaşmalar yaratmaqdır”.
Qeyd edək ki, Kuşner və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 6-da Kiyevdə Zelenski ilə görüşüblər. Bu, onların Tramp administrasiyasının nümayəndələri kimi Ukraynaya ilk səfəridir. Görüşdən əvvəl onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən danışıqlar aparıblar.
Danışıqların əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh prosesi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Sentyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















