Ümit Karan hava limanında saxlanıldı: Narkotik istintaqı şoku
Icma.az bildirir, Milli.az portalına istinadən.
Türkiyə futbolunun tanınmış simalarından olan Ümit Karan İstanbullun Sabiha Gökçen Hava Limanında polis tərəfindən saxlanılıb.
Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində bu qərar verilib.
Keçmiş futbolçu hava limanında olarkən nəzarətə götürülüb və dindirilmək üçün polis idarəsinə aparılıb.
Bildirilir ki, bu əməliyyat yalnız Ümit Karanla məhdudlaşmır və bir çox tanınmış şəxsi əhatə edir.
1976-cı ildə Berlində doğulan Karan Türkiyə millisinin və xüsusilə Qalatasarayın unudulmaz hücumçularından biridir.
Qalatasaray forması ilə çoxsaylı çempionluqlar yaşayıb və Çempionlar Liqasında atdığı kritik qollarla yadda qalıb.
Karyerasını bitirdikdən sonra məşqçi və idman şərhçisi kimi fəaliyyətini davam etdirib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Yanvar 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















