Ümrə ziyarətində qəfil vəfat edən azərbaycanlı Mədinədə dəfn edildi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.
"Unikal" Sumqayit24.az-a istinadən xəbər verir ki, 55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, dişlərini qıcıyıb və dili qatlanıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhər 28 nömrəli məktəbin riyaziyyat müəllimi olan A.Əliyeva digər zəvvarların müşayiəti ilə Mədinədə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğəmbərin ailə üzvləri və xəlifələr də dəfn olunublar.

Elnur Mədinədə Video
09 Aprel 2025 13:52
Deputatlar Ümrə ziyarətində Video
08 Yanvar 2025 12:58
Alişan xanımı ilə Ümrə ziyarətində
13 Fevral 2025 15:04
Sumqayıtlı zəvvar Mədinədə dünyasını dəyişib
18 İyul 2025 13:49
Əhməd Şara Ümrə ziyarətində oldu VİDEO
03 Fevral 2025 19:48

