Icma.az
close
up
RU
Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş elmi sessiya keçirilib

Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş elmi sessiya keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə Tusi-Bohm Planetariumda Ümumdünya Kosmos Həftəsinə və Beynəlxalq Astronomiya İttifaqının “100 saat Astronomiya” təşəbbüsünə həsr olunmuş “Gənc alimlərin elmi sessiyası: Kosmos və Yer elmləri” adlı tədbir keçirilib.

Tədbirdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və H.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Tədbirin açılışında Planetariumun direktoru Famil Mustafa elmin populyarlaşdırılması istiqamətində əməkdaşlığa hər zaman açıq olduqlarını vurğulayıb.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyi adından çıxış edən, rəsədxananın informasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli tədbirin elmi əməkdaşlıq və bilik mübadiləsi baxımından əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu kimi görüşlər elmlər arasında inteqrasiyanı və gənc tədqiqatçıların elmi fəaliyyətə marağını daha da artırır.

Sonra Coğrafiya İnstitutunun elmi katibi dosent Səidə Zeynalova çıxış edərək bu elmi sessiyanın gənc alimlər üçün yeni tədqiqat üfüqləri açacağına inandığını bildirib.

Elmi sessiyada “Kosmosdan yerə baxış: iqlim dəyişikliklərinin vizual sübutları”, “Peyk və peykaltı təsvirlərin kosmik monitorinqi”, “Kosmik məlumatlar əsasında Abşeron yarımadası sahil zonasında külək rejimi və enerji potensialının tədqiqi”, “Kosmosun kəşfi: Tarixi missiyalar və yeni perspektivlər” mövzularında məruzələr dinlənilib.

Sonda “Kainata doğru” adlı sənədli film nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri