Ümumdünya Səhiyyə Təşkilatının xərcləri azaldılır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 26 yanvar, AZƏRTAC
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığı üçün qurumun smetasına yenidən baxılır və xərclər azaldılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, maliyyə vəziyyətinə görə səfərlər minimuma endiriləcək, yeni əməkdaşların qəbulu yalnız xüsusi zərurət hallarında aparılacaq. Qurumun sözçüsü faktı təsdiq etsə də, ətraflı şərhdən imtina edib.
BMT ABŞ-ın qurumdan 22 yanvar 2026-cı ildə çıxacağını təsdiqləyib. 2024-2025-ci illər üzrə ÜST-nin büdcəsi 6,8 milyard dollar olub. Təşkilatın illik maliyyələşməsinin 18 faizi Vaşinqtonun payına düşür.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp andiçmə günündə ölkəsinin ÜST-dən çıxacağını bəyan edib. Trampın fikrincə qurum qlobal sanitar böhranları pis idarə edir.
Baxış sayı:109
Bu xəbər 26 Yanvar 2025 07:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















