Ümumdünya Universitet Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyulun 23-26-sı aralığında Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində keçiriləcək Ümumdünya Universitet Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Universiadada Azərbaycanı 13 çəki dərəcəsində 13 cüdoçu (7 kişi, 6 qadın) təmsil edəcək. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Bunlar Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Mehdi Abbasov (81 kq), Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq), və Ramazan Əhmədovdur (+100 kq).
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.
Baxış sayı:120
Bu xəbər 09 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















