Ümumi daxili məhsul istehsalı 100 milyardı keçdi
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 103495,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artmışdır.
ÜDM istehsalının 37,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 10146,5 manata bərabər olmuşdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















