Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Ümumi təhsil müəssisəsinin direktorunun seçimi prosesindəki dəyişikliklər bizə nə vəd edir?

Ümumi təhsil müəssisəsinin direktorunun seçimi prosesindəki dəyişikliklər bizə nə vəd edir?

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin dördüncü ilində məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir. Çünki yeni qaydalar sertifikatlaşdırmada (bir qrup müəllim ixtisasına münasibətdə isə MİQ və ya diaqnostik qiymətləndirmədə) yüksək bal toplamış şəxslər sırasından seçimi nəzərdə tutur. Namizədin digər keyfiyyətləri isə müsahibədə dəyərləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu direktorların işə qəbulu ilə bağlı açıqlamasında söyləyib. Onun sözlərinə görə, təhsil müəssisəsi elə bir qurumdur ki, burada menecerlik qabiliyyəti ilə yanaşı məktəbdə gedən iki prosesin - öyrətmə və öyrənmənin əsaslarını dərindən bilmək vacibdir. Məlumdur ki, tədris etdiyi fənn üzrə savadı, öyrətmək ustalığı, pedaqoji duyumu olan müəllimin məktəbdə xüsusi nüfuzu var. Məktəb direktorunun eyni keyfiyyətləri olmadıqda, nüfuzlu müəllim müəssisənin qeyri-formal liderinə çevrilir. Formal və qeyri-formal liderlərin düzgün əməkdaşlıq qurması, bir-birini tamamlaması isə, heyif ki, həmişə alınmır. Məktəb kollektivi üçün ən optimal hal qeyri-formal liderin formal lider təyin edilməsidir.

“Ötən onillikdə aparılmış bir tədqiqata əsasən, direktoru pedaqogikanı yaxşı bilən və bütün diqqətini daxili qaydaların bərqərar edilməsinə yönəldən məktəblərdə şagirdlər daha yaxşı öyrənir. Əlbəttə, şagird nailiyyətinə təsir edən digər dəyişənlər də var: müəllim səriştəsi, şagirdin ilkin hazırlıq səviyyəsi, bölgənin sosial-iqtisadi durumu, ailənin təhsil və mədəni statusu və s. Məktəb direktorunun idarəetmədə söykəndiyi prinsipləri də sadalanan dəyişənlərə əlavə etməliyik.

Şagird nailiyyətləri yüksək olan məktəb rəhbərləri üçün daxili problemlərin həlli və pedaqoji təcrübənin inkişafı prioritet məsələdir. Tədqiqatçılar, həmçinin müəyyən etmişlər ki, nisbətən zəif təhsil müəssisələrinin rəhbərləri xarici təlimatlara, maddi-texniki və maliyyə məsələlərinə daha çox diqqət yetirir. Məktəblərin “daxilə” meyillənməsi onlara mürəkkəb şəraitdə belə “qalib olmağa” kömək edir. Obrazlı desək, uğurlu məktəblər “introvertdirlər”: onlar üçün birinci yerdə məktəbin daxilində öyrənmə mühitinin qurulması durur.

Özü yaxşı müəllim olmuş direktor həmkarlarına vaxtında və faydalı tövsiyə verə bilir, verdiyi tövsiyələr də konkret olur. Sadəcə, “yaxşı işlə” və ya “yaxşı öyrət” tapşırığı gənc (və ya səriştəsiz) müəllimə çox şey vermir. Amma dərsdinləmə zamanı gördüyü boşluqları düzgün şərh edən direktor müəllim üçün, müəllimin vasitəsilə isə şagird üçün böyük dəstəkdir. Məsələn, “X şagird üçün sözlü təlimat kifayət etmədi: təlimatı təkrar etsəniz də o, sizi anlamadı, növbəti dəfə tapşırığın bir hissəsini onunla birlikdə işləyin”, “Göz təması qurarkən, bütün sinfə baxmağa çalışın, siz yalnız sinfin sağ tərəfində oturanlara baxırsınız”, “Y şagirdin kiçik motorikasını inkişaf etdirmək üçün ona əlavə tapşırıqlar verin”, “Xronologiyadan danışarkən lövhədə zaman oxu çəkin: belədə şagirdlər sizi daha yaxşı anlayacaqlar” və s.

Daim öyrənmək və öyrətmək missiyasını rəhbər tutan direktorun ətrafında güclü komandanın yığılması labüddür. Belə liderlər şəxslərə deyil, proseslərə fokuslanmağı, həm müəllimi, həm də şagirdi daim inkişafda olan, irəliləyən insan kimi qəbul etməyi bacarırlar.

Hesab edirik ki, yaxşı müəllimlərin karyera inkişafı onları motivasiya etməklə yanaşı, gənc müəllimlərə də örnək olur. Səriştəli müəllimlərimizi müsabiqəyə qoşulmağa dəvət edirik”, - deyə Vəfa Yaqublu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri