Icma.az
close
up
RU
Ümummilli lider barədə arxiv sənədləri nəşr edilib

Ümummilli lider barədə arxiv sənədləri nəşr edilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyulun 13-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin inzibati binasında ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tarixi dönüş və Azərbaycanın milli inkişaf yolunun başlanğıcı” mövzusunda toplantı keçirilib.

Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkənin tarixində dönüş nöqtəsi olmaqla milli inkişafın yeni mərhələsinin əsasını qoyub: “Ulu öndərin Azərbaycana ilk rəhbərlik dövrünün - 1969-1982-ci illərin sənədləri bizim arxivimizdə göz bəbəyi kimi mühafizə olunur. Ümummilli liderin ölkəmizin çətin dövrlərində gördüyü işləri 10 cildlik sənədlər toplusu şəklində hazırlayıb nəşr etdirdik”. Direktor qeyd edib ki, bu yaxınlarda “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən “Teatr və kino” və “Musiqi mədəniyyəti” kitabları da nəşr olunub.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, Ulu öndərin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. Bu gün ölkəmiz Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlər qazanır.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov, Milli Məclisin deputatı Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, yazıçı-publisist Şərəf Cəlilli müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışıblar.

Məclisdə İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan 1969–1982-ci illərə aid sənədlər əsasında hazırlanmış sənədli xronika nümayiş etdirilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri