Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

“Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərlərinin və Mərkəzin kollektivinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, onun adının milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını iftixar hissi ilə söyləyiblər. Çıxışçılar Konstitusiyamızın qəbulunda Ulu Öndərin müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Xalqımız ölkəmizin bütün ərazisində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpa olunmasının qürurunu yaşayır.

Tədbir iştirakçıları Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiya zamanı görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər, fotolar, nəşrlər və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri