Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyev irsi: Müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi” FOTOLAR

“Ümummilli Lider Heydər Əliyev irsi: Müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi” FOTOLAR

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyev irsi: Müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Misir Mərdanov, Arif Qaraşov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur Allahverdiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Yasamal rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllimi, rəssam Nəsibə Əsgərovanın müəllifi olduğu fərdi rəsm sərgisinə baxış keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində müstəsna rol oynamış böyük dövlət xadimidir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə ölkəmizi qabaqcıl və inkişaf etmiş bir respublikaya çevirmişdi. Onun təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi yaradıldı, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlər baş verdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində minlərlə gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil alaraq gələcək Azərbaycan dövlətçiliyinin əsas sütunlarına çevrildi. 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və vətəndaş qarşıdurması şəraitində xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər müstəqil Azərbaycanın dövlətçilik təməllərini qurdu. 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlətin əsasını qoydu və sabitlik üçün zəmin yaratdı. Onun həyata keçirdiyi neft strategiyası və “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinə yol açdı. Bu gün Prezident, Partiyamızın Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi qlobal gücə çevirib. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Qələbələrə imza ataraq əldə olunan Zəfərlərlə ölkəmizin ərazi bütövlüyünü, suverenliyi bərpa etdi. Bu zəfərlər təbii olaraq Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlətin əsasında mümkün olmuşdur. Hazırda işğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış və genişmiqyaslı bərpa, yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib. Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti dayanır.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Geniş və dərin zəka sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib. Bunun nəticəsidir ki, bu Zəfərlər ölkəmizin regional təhlükəsizlik arxitekturasında əsas söz sahibi kimi qəbul olunmasını və qlobal səviyyədə diplomatik çəkisinin əhəmiyyətli dərəcədə artmasını təmin etdi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır. SSRİ dönəmində Azərbaycanın rəhbəri kimi çalışdığı dövrdə respublikanı irəli aparan islahatlara imza atdı. Onun uzaqgörən siyasəti ilə sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində böyük inkişaf təmin olundu. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil almasına şərait yaratdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmadan və vətəndaş müharibəsindən xilas etdi. 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın siyasi sabitliyi və hüquqi əsaslarını müəyyənləşdirdi. Onun əsasını qoyduğu neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini möhkəmləndirdi. Bu strateji xətt bu gün Prezident İlham Əliyevin uğurlu liderliyi ilə daha da inkişaf etdirilir. Prezidentimizin qətiyyəti ilə Azərbaycan 44 günlük Vətən müharibəsi, lokal xarakterli antiterror tədbirlərində tarixi Qələbələrə imza atdı. Bu gün İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi ölkəmizin gücünü və sabitliyini əks etdirir. Azərbaycan bu gün enerji, logistika və nəqliyyat sahələrində dünya miqyasında aparıcı rol oynayır. Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl və milli dövlətçilik fəlsəfəsi dayanır.

Çıxışlardan sonra fəxri fərmalar, hədiyyələr və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbirə bədii hissə ilə yekun vurulub, xatirə şəkli çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 May 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri