Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir!”

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir!”

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir!” mövzusunda konfrans keçirilib.

Konfransda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur Allahverdiyev, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının əməkdaşlarları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

Konfransın rəsmi hissəsindən öncə Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir!” mövzusunda videoçarx nümayiş etdirilib.

Çıxış edən “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov qeyd edib ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin mühüm mərhələlərini yenidən dəyərləndirməyə, əldə edilən nailiyyətlərə hüquqi və siyasi prizmadan baxmağa geniş imkan yaradır. Bu qərar müstəqil dövlət quruculuğunun əsas dayaqlarının mahiyyətini cəmiyyətə daha dərindən çatdırmaqla yanaşı, konstitusion dəyərlərin gündəlik idarəetmədə rolunu ön plana çıxarır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq səsverməsi ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi, siyasi və ideoloji əsaslarını formalaşdıraraq ölkənin gələcək inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirdi. Məhz bu ali hüquqi sənəd Azərbaycan xalqının suveren iradəsini ifadə edən, demokratik dövlət quruculuğunun təməlini qoyan tarixi akt kimi çıxış etdi. Qeyd olunub ki, Prezident İlham Əliyev isə bu möhkəm hüquqi-siyasi təməl üzərində müasir, güclü və suveren Azərbaycan dövlətini formalaşdıraraq Konstitusiyada təsbit olunan prinsipləri real siyasi gücə çevirdi. Onun rəhbərliyi ilə dövlət suverenliyinin möhkəmləndirilməsi ardıcıl və məqsədyönlü siyasət kimi həyata keçirildi. Xüsusilə Qarabağ üzərində dövlət suverenliyinin tam bərpası Konstitusiyanın ərazi bütövlüyü və suverenlik prinsiplərinin tarixi zəfərlə təsdiqi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi sistemi müasirləşdirildi, institusional islahatlar dərinləşdirildi, qanunvericilik bazası dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirildi “Konstitusiya və Suverenlik İli” bu baxımdan həm keçilən tarixi yolun ümumiləşdirilməsi, həm də gələcək inkişaf mərhələsinin hüquqi-siyasi konturlarının daha da dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin mühüm mərhələlərini yenidən dəyərləndirməyə, əldə edilən nailiyyətlərə hüquqi və siyasi prizmadan baxmağa geniş imkan yaradır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq səsverməsi ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi, siyasi və ideoloji əsaslarını formalaşdıraraq ölkənin gələcək inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirdi. Məhz bu ali hüquqi sənəd Azərbaycan xalqının suveren iradəsini ifadə edən, demokratik dövlət quruculuğunun təməlini qoyan tarixi akt kimi çıxış etdi. Konstitusiya xalq hakimiyyəti prinsipini təsbit etməklə yanaşı, insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali məqsədi kimi müəyyən etdi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm zəmin yaratdı. Vurğulanıb ki, Prezident İlham Əliyev isə bu möhkəm hüquqi-siyasi təməl üzərində müasir, güclü və suveren Azərbaycan dövlətini formalaşdıraraq Konstitusiyada təsbit olunan prinsipləri real siyasi gücə çevirdi. Onun rəhbərliyi ilə dövlət suverenliyinin möhkəmləndirilməsi ardıcıl və məqsədyönlü siyasət kimi həyata keçirildi. Xüsusilə Qarabağ üzərində dövlət suverenliyinin tam bərpası Konstitusiyanın ərazi bütövlüyü və suverenlik prinsiplərinin tarixi zəfərlə təsdiqi oldu. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi sistemi müasirləşdirildi, institusional islahatlar dərinləşdirildi, qanunvericilik bazası dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirildi. Konstitusiyanın ruhuna uyğun olaraq milli maraqlar, uzunmüddətli strateji hədəflər və qlobal çağırışlar arasında tarazlıq yaradıldı, Azərbaycanın beynəlxalq mövqeləri gücləndirildi.

Sonda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Prezident İlham Əliyevin 2025-cü ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu əlamətdar hadisənin tarixi və siyasi əhəmiyyətini daha da artırıb. Bildirildi ki, Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin hüquqi bünövrəsini təşkil edən əsas qanundur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş bu sənəd, dövlətimizin hüquqi, demokratik və dünyəvi inkişaf yolunu müəyyən etmiş, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır. Bu tarixi hadisə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və dövlət quruculuğu sahəsindəki müdrik fəaliyyətinin nəticəsidir. Məhz onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya Azərbaycan Respublikasının hüquqi dövlət kimi formalaşmasının başlanğıc nöqtəsinə çevrildi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra ölkədən olan anarxiya və xaos tamamilə aradan qaldırıldı. Qanunun aliliyi, hüquq və azadlıqların müdafiəsi təmin edildi. Bildirilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz suverenliyini tam şəkildə bərpa etmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə, 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Qarabağda dövlət suverenliyimizin tam bərpası tarixi hadisədir. Bu gün Azərbaycan dövləti möhkəm hüquqi əsaslar üzərində durur, qanunun aliliyinə, insan hüquqlarına və sosial ədalətə əsaslanan siyasət həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahatlar həm dövlət idarəçiliyində, həm də sosial-iqtisadi sahələrdə Konstitusiyanın prinsiplərinin praktiki tətbiqidir.

Çıxışlardan sonra fəxri fərman və hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri