Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin anım günü keçirildi FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anım günü keçirildi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü il 12dekabrtarixində xalqımızın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt şəhəri, Bəyaz sarayda ehsan verilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri,  idarə, müəssisə, təşkilat rəhbərləri,RİHB-nın inzibati ərazi darisi üzrə nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələriiştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin bustu önünə gül dəstələri qoyuldu.

Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin tarix müəllimi Ramin Məmmədov tədbiri açıq elan edərək Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyduğunu vurğuladı.

Tədbirdə “Vətənə, Xalqa həsr edilmişömür” adlı video çarx nümayiş olundu.

Mərasimdə rayonun axundu Müntəxab Mirsədizadə, din xadimiləri Hacı Şahin və Hacı Həmdullah tərəfindən Ulu öndərin əziz xatirəsinə müqəddəs "Qurani-Kərim"dən ayələr və Yasin surəsi oxundu.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışaraq qeyd etdi ki, Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad olunur. Azərbaycanın hər bir vətəndaşı dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.

Tədbirdə çıxış edən ziyalı Razim Əliyev, əməkdar müəllim Ədalət Əsədov vurğuladılar ki,tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.

Birinci Qarabağ müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyevin həyat yoldaşı Reyhan Zeyniyeva bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik erməni işğalına 44 gündə son qoydu. Rəşadətli Ordumuzun misilsiz şücayəti və Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində torpaqlarımızı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu.

Qeyd olundu ki, bu gün şəhid ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Dekabr 2024 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri