Icma.az
close
up
RU
Ümummilli Liderin bəyanatı 20 Yanvar həqiqətlərini dünyaya çatdırdı

Ümummilli Liderin bəyanatı 20 Yanvar həqiqətlərini dünyaya çatdırdı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

20 Yanvar xalqımızın qəhrəmanlığının, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzi kimi müstəqil Azərbaycan tarixində xüsusi yer tutur.

Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun amansız hücumu xalqımızın azadlıq əzmini qıra bilmədi. Otuz altı il öncə qəhrəman Azərbaycan övladları canlarını doğma Vətənin müstəqilliyi yolunda qurban verərək şəhidlik zirvəsinə ucaldılar. Öz qanları ilə müstəqillik tariximizdə silinməz iz qoyan şəhidlərimiz xalqımızın azadlıq əzmini bütün dünyaya nümayiş etdirdi.

Həmin dövrdə azərbaycanlıların Ermənistandakı tarixi yurdlarından növbəti dəfə kütləvi şəkildə çıxarılması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətdə ciddi narazılıq doğurmuşdu. Bu ədalətsizliyə biganə qalmayan Azərbaycan xalqı küçələrə çıxaraq milli həmrəylik nümayiş etdirir və bu niyyətlərin qarşısını almağa çalışırdı.

Azərbaycan xalqının ədalətli tələblərini həll etmək, ermənilərin iddialarının qarşısını almaq əvəzinə sovet rəhbərliyi belə ağır vəziyyətdə Bakıya və ölkəmizin bir sıra bölgələrinə qoşun yeritmək qərarını verdi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə icra olunan bu dəhşətli faciə 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması ilə nəticələndi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 20 Yanvar faciəsindən dərhal sonra böyük təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qətiyyətli mövqe nümayiş etdirdi. Vətəninin ağır sınaq qarşısında qaldığı həmin günlərdə Ulu Öndər açıq bəyanatla çıxış edərək baş vermiş qanlı hadisələrə siyasi qiymət verdi, cinayətkarların cəzalandırılmasını tələb etdi. Ümummilli Liderin tarixi müraciəti dünya ictimaiyyətinin faciə barədə məlumatlandırılmasında, bu cinayətin əsl mahiyyətinin beynəlxalq birliyə çatdırılmasında mühüm rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, daha sonra isə 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən mühüm qərarlar qəbul olundu. Ulu Öndər 1990-cı ilin 20 Yanvar hadisələrini Azərbaycan xalqının həyatında taleyüklü dönüş mərhələsi kimi dəyərləndirir, zaman keçdikcə bu günün tarixi əhəmiyyətinin daha dərindən dərk ediləcəyini vurğulayırdı. Doğrudan da, 36 il əvvəl baş vermiş bu ağır faciə milli azadlıq hərəkatının zirvəsinə çevrilərək milli kimliyimizin formalaşmasına, xalqımızın birlik və həmrəyliyinin möhkəmlənməsinə güclü təkan verdi.

Ümummilli Liderin müəyyən etdiyi inkişaf konsepsiyası Azərbaycanı 1990-cı illərin əvvəllərində üzləşdiyi dərin böhran və məhv olmaq təhlükəsindən xilas edərək ölkəni sabitlik və tərəqqi yoluna çıxardı. Bu strateji xətt dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın parlaq gələcəyinin təmin olunmasına əsaslı zəmin yaratdı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan böyük və tarixi nailiyyətlərə imza atdı, Ermənistanın işğalçılıq siyasətinə son qoydu, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Bu gün ölkəmiz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır.

Şahin İsmayılov 

Milli Məclisin deputatı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Yanvar 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri