Icma.az
close
up
RU
Ümummilli Liderin əziz xatirəsinə həsr olunan roman Ankarada işıq üzü görüb

Ümummilli Liderin əziz xatirəsinə həsr olunan roman Ankarada işıq üzü görüb

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin himayədarlığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Duman çəkiləndə” romanı Ankarada işıq üzü görüb. Azərbaycan Mədəniyyət Mərkəzindən SİA-ya verilən məlumata görə, ibrətamiz məhəbbət dastanı olan bu əsər Böyük Qarabağ Zəfərinin tarixi təntənəsini tərənnüm etmək məqsədilə qələmə alınıb.

Yazıçı-publisist Sabir Şahtaxtının müəllifi olduğu siyasi-tarixi roman Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı 44 günlük rəşadətli Vətən müharibəsinin tam təfsilatını tərənnüm edir. Romanda beynəlxalq hüququn verdiyi ədalətin bərpa olunması prosesində Azərbaycana göstərilən siyasi təzyiqlər, süni Qarabağ münaqişəsinin yaradılmasının məqsəd və nəticələri, Azərbaycan xalqının bitib-tükənməyən yurd sevgisi, vətəndaşların sərgilədiyi qətiyyət, şəhid cənazələrinin, qazilərin qarşılanmasındakı ən duyğusal məqamlar, igidlərin cəsurluğu, cəbhə sərgüzəştləri, real döyüş hekayələri, azərbaycanlı döyüşçülərin dönməzliyi və s. obrazlı şəkildə oxucuya çatdırılır. Həmçinin Azərbaycan xalqının ən mükəmməl genetik xüsusiyyətləri, eləcə də tükənməz yaradıcılıq istedadı ədəbi təsvirlər əsasında tarixiləşdirilir, dövlət-xalq vəhdətinin tükənməz gücü tərənnüm edilir.

Akademik Nizami Cəfərovun “Ön söz” müəllifliyi ilə işıq üzü görən on iki fəsil və qırx dörd bölmədən ibarət olan əsərin “Zəfər Əzizi” adlı hissəsi özündə böyük bir səmavi fəlsəfi anlayışı tərənnüm etdirir.

Əsərdə Türkiyənin dövlət və millət olaraq qazanılan qələbəyə qatqısı, böyük risklər bahasına göstərilən qətiyyətli dəstəyi, işğaldan azad olunmuş ərazilərdə düşmənin beynəlxalq hüquqla cinayət hesab olunan əməllərinin aşkarlanmış izləri faktlar əsasında obrazlı şəkildə təsvir edilir.

Müharibənin ilk günündə 13 nəfərlik taqımın könüllü əsgərləri özlərinə ləqəb götürürlər: Şəhid, Qorxmaz, Tufan, Cənnət, Təmkin, Mübariz, Polad, Cəsur, İldırım, Qartal, Cihad və Qurd. Bu igidlərin hər biri Vətən fədaisidir. Onların hərəsi bir tanınmış məkanda qəhrəmanlıqla şəhid olur. Təkcə dəstənin komandiri Tarix sağ qalır. İdeya və siyasi məziyyətinə görə əsər milli-mənəvi dəyərlərimizi tam şəkildə ehtiva etməklə bərabər dünya ədəbiyyatı üçün də dəyərli bədii vəsaitdir. Çünki əsərdə insan, torpaq və vətən anlayışı qabardılmaqla bərabər, humanizm prinsipləri qorunmuşdur. Romanda manqanın tərkibinin “12+1” sayda göstərilməsi təsadüfi deyil. Azərbaycan Konstitusiyası 12 fəsildir. On iki ay, on iki imam, on iki mələk, tək amal və s. Zaman baxımından hər şey kimi, insan ömrü də axaraq sonda torpağa qovuşur. Lakin tarix nəsillərin yaddaşında keçmişə və gələcəyə işıq saçır, milli vətənpərvərlik mübarizəsi yolu üçün stimula çevrilir.

Tarixin universitet illərində sevgilisinin adı Xarıdır (Xarıbülbül). Acı tale onları bir-birindən ayrı salıb. Xarı düşdüyü ailə dramına görə Tarixdən qaçsa da, onu sonsuz ülvi bir məhəbbətlə sevir. Tarix isə onillik ayrılıqdan sonra Qərənfil adlı şagirdi ilə evlənib. Şuşanın işğaldan azad olunduğu gün Qərənfil (Zəfər adlı) oğlunu dünyaya gətirən zaman gözlərini həyata əbədi yumur. Tarix müharibənin son günləri öyrənir ki, əslində, Qərənfil və Xarı bacıdırlar... Zəfəri dünyaya gətirmək Qərənfilə, böyütmək, ona analıq etmək isə Xarıya nəsib olur!

Əslində, doğma bacı olan Qərənfil və Xarı Şuşanın süqutu nəticəsində ağır dram yaşayan ailənin timsalında Azərbaycan xalqının qaçqınlıq həyatının inikasıdır. Bacıların bir-birindən ayrı düşmələri və bir-birini tanımamaları, eləcə də Tarixin Bakı metrosunun “20 Yanvar” stansiyasından minib “Azadlıq” stansiyasından çıxaraq cəbhəyə yola düşməsi keçmiş Qarabağ münaqişəsinin tarixini nəsillərə daşıyan real həyat hekayələri kimi romanda əksini tapıb.

Əsər dəstənin Tarix ləqəbli komandirinin Şuşada gördüyü yuxu ilə bitir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri