UN Habitat ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 3 sentyabr, AZƏRTAC
Bir ailənin evinə qayıtmasından, bir məktəbin yenidən fəaliyyətə başlamasından və ya bir yolun icmanı yenidən birləşdirməsindən əvvəl torpaq təhlükəsiz olmalıdır. Məhz buna görə humanitar minatəmizləmə yalnız yenidənqurmanın ilkin şərti deyil, həm də bərpanın başlanğıcıdır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, UN-Habitat üçün humanitar minatəmizləmə şəhər siyasətinin, planlaşdırmanın və maliyyələşdirmənin fundamental tərkib hissəsidir. Təmizlənmiş ərazilər olmadan səmərəli şəhər planlarının hazırlanması, təhlükəsiz mülkiyyət hüquqlarının təmin edilməsi, infrastruktur şəbəkələrinin fəaliyyəti, eləcə də məcburi köçkünlərin və qaçqınların ləyaqətlə öz evlərinə qayıtması üçün etibarlı imkanların yaradılması mümkün deyil: "Azərbaycan bu istiqamətdə mühüm addım ataraq “Mina təhlükəsi ilə mübarizə tədbirləri” adlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Bu məqsəd mina çirklənməsini təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh qarşısında kompleks və çoxşaxəli maneə kimi tanıyır. Bundan əlavə, Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş Böyük Qayıdış Proqramına, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etdirilən bərpa və yenidənqurma prosesinə sıx şəkildə inteqrasiya olunub".
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Azər İbrahimov
Videooperator - İlham Nadirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 03 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















