Icma.az
close
up
RU
UNDP Azərbaycan nümayəndəliyində aparılmış yoxlama ilə bağlı sorğuya cavab vermir

UNDP Azərbaycan nümayəndəliyində aparılmış yoxlama ilə bağlı sorğuya cavab vermir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyində UNDP-nin Audit və Tədqiqat Ofisi tərəfindən aparılmış audit yoxlaması zamanı ciddi qanun və maliyyə pozuntuları aşkara çıxmışdı.

Yoxlama nəticəsində UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə ölkədə 23 qeyri-hökumət təşkilatına (QHT) 29 layihə üzrə 754 570 dollar qrantlar verdiyi bəlli olub. Azərbaycan Nümayəndəliyi qrant vəsaitlərini həmin QHT-lərin yaratdıqları MMC-lərlə, yaxud QHT tərəfindən işə götürülmüş şəxslərlə birbaşa müqavilələr bağlayaraq şəxsi hesablara köçürüb.

Bununla bağlı araşdırma apararkən APA Agentliyi BMT-nin Azərbaycandakı nümayəndəliyinə, həmçinin də BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinə sorğu ünvanlayıb.

Sorğuda qeyd olunub: “BMT-nin İnkişaf Proqramının (UNDP) Audit və Tədqiqat Ofisi qurumun Azərbaycan nümayəndəliyinin 2023-cü ildə fəaliyyətinin auditinə həsr olunmuş hesabat hazırlayıb. Hesabatda UNDP-nin Azərbaycan nümayəndəliyi 2023-cü ildə ölkədə 23 QHT-yə dövlət qeydiyyatından keçirilmədən, QHT-nin işçiləri və ya onlar tərəfindən təsis edilmiş MMC-lər vasitəsilə 754 570 dollar dəyərində qrantlar verdiyi qeyd edilib. Ancaq həmin QHT-lərin və MMC-lərin adları açıqlanmayıb.

Bunu nəzərə alaraq, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyinin 2023-cü ildə QHT-nin işçiləri və ya onlar tərəfindən təsis edilmiş MMC-lər vasitəsilə 754 570 dollar dəyərində qrantlar verdiyi 23 QHT barədə (adları və qrantlara ayrılan vəsaitin məbləği) məlumat verməyinizi xahiş edirik”.

Qeyd edək ki, sorğuya UNDP-nin Azərbaycan nümayəndəliyi tərəfindən heç bir cavab verilməyib. Buna görə də 9 yanvar 2025-ci ildə BMT-nin İnkişaf Proqramının (UNDP) Mərkəzi Ofisinə ([email protected]) də eyni məzmunlu sorğu göndərilib. Təəssüf ki, bu günə qədər həmin sorğu da cavablandırılmayıb.

Qeyd edək ki, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyində UNDP-nin Audit və Tədqiqat Ofisi tərəfindən aparılmış audit yoxlaması zamanı həm UNDP-nin qrantlarla bağlı şəffaflıq prinsiplərini, həm də Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulduğu aşkarlanmışdı.

Audit yoxlamasından məlum olur ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə ölkədə 23 qeyri-hökumət təşkilatına (QHT) 29 layihə üzrə 754 570 dollar qrantlar verib. Azərbaycan Nümayəndəliyi qrant vəsaitlərini həmin QHT-lərin yaratdıqları MMC-lərlə, yaxud QHT tərəfindən işə götürülmüş şəxslərlə birbaşa müqavilələr bağlayaraq şəxsi hesablara köçürüb. Daha sonra da bu qrantlardan müxtəlif məqsədlər üçün istifadə olunub.

Məsələ ondandır ki, bu qrantların heç biri Azərbaycan qanunvericiliyinə uyğun qaydada dövlət qeydiyyatından keçirilməyib. Yəni, qanunsuz vəsait kimi istifadə olunub. Hesabat sənədində qrant alan QHT-lərin və MMC-lərin adları açıqlanmayıb.

Hesabat sənədində o da qeyd olunub ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə Azərbaycanda “QHT-lərin bacarıqlarının artırılmasına” 1.3 milyon dollar, mina əleyhinə proqramın genişləndirilməsinə 1.3 milyon dollar vəsait ayırıb. Yenə də qrantları alan QHT-lər və onların MMC-ləri barədə məlumatlar sənəddə əksini tapmayıb.

Araşdırma UNDP-nin son illərdə Azərbaycanda Qadın Resurs Mərkəzləri yaratmağa həvəsli olduğunu da aşkara çıxarıb. Bu Mərkəzlərin hansı işlə məşğul olması heç kimə bəlli deyil. APA özəl mənbələrdən məlumat əldə edib ki, bir müddət əvvəl dövlət qurumları UNDP-nin Bakıdakı Qadın Resurs Mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün ora baxış keçirmək istəsələr də, Mərkəzin direktoru qapıları bağlayıb və bildirib ki, UNDP içəri keçməyə icazə vermir.

UNDP-nin Audit və Tədqiqat Ofisinin hesabatında qadınlarla bağlı məqamlar bu baxımdan diqqətçəkicidir. Audit yoxlamasını aparanların özləri də şoka düşüb ki, müharibədən təsirlənmiş bir qrup qadına adi təlim keçirilməsi üçün 92 min dollarlıq (!) qrant layihəsi “icra olunub”. Maraqlıdır ki, 156 min manat dəyəri olan bu təlim nə barədədir, həmin qadınlar kimlərdir?

Sənəddə bu da açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri