UNEC də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti arasında ikili diplom proqramına başlanılıb. Proqram çərçivəsində bu il ilk dəfə tələbə qəbulu həyata keçirilib və 15 magistrant MBA proqramının “Maliyyə” ixtisaslaşması üzrə təhsil alacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, proqramın şərtlərinə əsasən, magistrantlar ilk semestrdə UNEC-də, növbəti üç semestrdə isə Daşkənd Dövlət İqtisad Universitetində təhsil alacaqlar. Təhsil proqramını uğurla başa vuran məzunlara hər iki universitetin diplomu veriləcək.
İkili diplom proqramı çərçivəsində UNEC-də təhsil alan özbəkistanlı magistrantlarla görüşən universitetin rektoru, professor Ədalət Muradov tələbələrə UNEC-in təhsil imkanları və beynəlxalq reytinqlərdəki mövqeyi barədə məlumat verilib. Rektor diqqətə çatdırıb ki, UNEC-in xarici universitetlərlə 10-dan çox ikili diplom proqramı olsa da, bu proqram fərqli xüsusiyyəti ilə seçilir. Belə ki, digər proqramlardan fərqli olaraq, burada UNEC tələbələri təhsil almaq üçün xarici universitetə getmir, əksinə, əcnəbi tələbələr təhsil almaq üçün UNEC-ə gəlirlər.
Ədalət Muradov Özbəkistanla həyata keçirilən ikili diplom proqramının iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsinin inkişafı və beynəlxalq təhsil imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin magistrantların Azərbaycanda olduqları müddətdə ölkəmizin tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmalarının vacibliyi qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 14 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















