UNEC dünyada İqtisadiyyat üzrə 250 ci yerə yüksəlib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 25 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “QS World University Rankings by Subject 2026” (QS İxtisaslar üzrə Dünya Universitetləri Reytinqi 2026) reytinqi açıqlanıb.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AZƏRTAC-a verilən məlumata görə, UNEC bu dəfə də mühüm nəticələr əldə edib.
Belə ki, UNEC geniş ixtisas olan Sosial Elmlər və Menecment sahəsində ən yaxşı universitetlər arasında yer alaraq dünyada 365-ci yerə yüksəlib. Bu rəqəm 2024-cü ildə 501-550, 2025-ci ildə isə 401-450-ci yer olub.
Ən önəmlisi isə UNEC 2023-2025-ci illərdə ancaq bir ixtisasla, 2026-cı ildə isə artıq 3 ixtisasla qlobal reytinqdə təmsil olunub.
UNEC dünyada İqtisadiyyat və Ekonometrika üzrə 201-250-ci, Biznes və Menecment üzrə 301-350-ci, Kompüter Elmləri və İnformasiya Sistemləri üzrə 751-850-ci ən yaxşı universitetdir. UNEC iqtisadiyyat və biznes sahəsində regionun lider universiteti statusunu təsdiqləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Mart 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















