Icma.az
close
up
RU
UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək

UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin Sichuan Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən Moderator.az-a verilən məlumata görə, UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov çinli nümayəndə heyətinə universitetin strateji hədəflərindən söz açıb. O, qonaqlara UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi, əcnəbi tələbələrin universitetə cəlb olunması, fənlərin beynəlxalq akkreditasiyası, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən danışıb.

Sichuan Universitetinin Prezident ofisinin direktor müavini prof. Du Xiao UNEC-də olmaqdan məmnunluğunu ifadə edərək, təmsil etdiyi universitet barədə məlumat verib. O, Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsinin qarşılıqlı təcrübə mübadiləsi və elmi əməkdaşlıq baxımından önəmli olduğunu vurğulayıb.

Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair razılıq əldə olunub. Müzakirələrdən sonra çinli qonaqlar UNEC-lə tanış olublar. UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev onlara universitetdəki rəqəmsal tədris prosesi və imtahanların təşkili, Bloomberg Maliyyə laboratoriyası, distant tədris və s. barədə məlumat verib. Çinli nümayəndə heyəti UNEC-in tədris prosesində tətbiq etdiyi rəqəmsallaşmanı yüksək qiymətləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri