Icma.az
close
up
RU
UNEC in tələbəsi nüfuzlu Avropa universitetlərinə qəbul OLUNDU

UNEC in tələbəsi nüfuzlu Avropa universitetlərinə qəbul OLUNDU

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Məryəm Seyfullayeva magistratura pilləsi üzrə Avropanın nüfuzlu universitetlərindən bir neçə qəbul alaraq böyük uğura imza atıb.

Redaktor.az xəbər verir ki, Məryəm Böyük Britaniyanın Edinburq Universiteti (The University of Edinburgh) və Warwick Universiteti (University of Warwick), eləcə də Almaniyanın Hamburg Universiteti (Universität Hamburg) tərəfindən magistr təhsili üçün qəbul məktubları əldə edib. Hər üç universitet dünya üzrə tanınmış ali təhsil ocaqları sırasındadır:

    •    The University of Edinburgh – 2025 QS Dünya Universitetləri Reytinqində #22 yerdədir və Böyük Britaniyada ilk 5-likdə qərarlaşır.
    •    University of Warwick – 2025 QS reytinqinə görə #64 yerdədir və Böyük Britaniyada ilk 10 universitet sırasındadır.
    •    Universität Hamburg – Almaniyada ilk 15-likdə, dünya reytinqində isə top 230-luqda qərar tutur (QS 2025: təxminən #228).

Məryəmin bu uğurunda əhəmiyyətli rol oynayan məqamlardan biri də onun xarici təhsilə müraciət prosesində "The Limitless Group" xarici təhsil şirkətindən peşəkar dəstək alması olub. O, müraciətlərin hazırlanması, motivasiya məktublarının yazılması, sənədlərin düzgün tərtib olunması və universitetlərlə yazışmaların koordinasiyası mərhələsində Limitless Group komandasının rəhbərliyi altında bütün prosesi uğurla idarə edib.

Hazırda UNEC-in SABAH qruplarında maliyyə üzrə bakalavr təhsili alan Məryəm bu uğurunu həm akademik biliklərinə, həm də universitetdə qazandığı təcrübəyə borclu olduğunu bildirir. Onun sözlərinə görə, UNEC-də aldığı təhsil, həmçinin müxtəlif elmi və sosial layihələrdə iştirakı, eləcə də xarici təhsil üzrə düzgün yönləndirmə onun qəbul şansını artırıb.

Qeyd edək ki, Məryəm Seyfullayeva təhsilini maliyyə və iqtisadiyyat sahəsində davam etdirmək və gələcəkdə beynəlxalq maliyyə institutlarında çalışmaq niyyətindədir.

UNEC-li tələbənin qazandığı bu uğur həm ölkəmizin ali təhsil sistemində yüksələn keyfiyyətin, həm də gənclərimizin beynəlxalq arenada rəqabətqabiliyyətli olmasının bariz nümunəsidir. Eyni zamanda, bu nəticə "The Limitless Group" xarici təhsil şirkətinin tələbələrə göstərdiyi dəstəyin nə dərəcədə peşəkar və effektiv olduğunu təsdiqləyir.

Redaktor.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri