Icma.az
close
up
RU
“UNEC Könüllülük Həftəsi”nə start verilib

“UNEC Könüllülük Həftəsi”nə start verilib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 5-dən Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Könüllülük Həftəsi”nə start verilib. Dekabrın 11-dək davam edəcək olan layihənin məqsədi tələbələrdə könüllülük mədəniyyətini daha da inkişaf etdirmək, onlara sosial məsuliyyət anlayışını aşılamaq və ictimai fəallığı artırmaqdır. UNEC Könüllülük Həftəsi, həmçinin, gənc nəslin sosial məsələlərə, cəmiyyətin inkişafına və ümumi rifaha xidmət edən məsələlərə daha çox diqqət yetirməsini hədəfləyir.

Həftə ərzində tələbələr müxtəlif tədbir və layihələrə qatılaraq, könüllülük anlayışı, onun əhəmiyyəti və cəmiyyətə olan faydaları ilə bağlı maraqlı məlumatlar əldə edəcəklər. Radio UNEC-də könüllülük fəaliyyətlərinin uğurlu nümunələri və təcrübələri barədə xüsusi proqramlar yayımlanacaq.

Layihə çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya edərək, Ulu Öndərin çoxşaxəli fəaliyyəti və zəngin irsi ilə tanış olacaqlar.

Könüllülük Həftəsində bilik və idman yarışları, eləcə də mütaliə və esse müsabiqələri də təşkil olunacaq. Tələbələr yarışlarda iştirak edərək, öz bilik və bacarıqlarını sınayacaq, eyni zamanda komandalar arasında sağlam rəqabət mühiti formalaşdıracaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri