UNEC proqramları FIBAA akkreditasiyasından keçdi FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması - İqtisadiyyat (İqtisadi nəzəriyyə, İqtisadi siyasət, Qiymətqoyma, Ekonometrika, Turizmin iqtisadiyyatı), Maliyyə (Bankçılıq, Vergitutma, Maliyyə nəzarəti, Maliyyə bazarları), Biznesin idarə edilməsi (Biznesin təşkili və idarəedilməsi) - FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb.
"Unikal"ın məlumatına görə, xüsusilə sevindiricidir ki, FIBAA Akkreditasiya Sertifikasiya Şurasının Qərarı ilə akkreditasiya şərtsiz və 5 il müddətinə verilib.
FIBAA (Foundation for International Business Administration Accreditation) ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlikdir və Almaniyada yerləşir. FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.
Baxış sayı:67
Bu xəbər 06 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















