UNECdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artıb
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.
"Unikal"ın məlumatına görə, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, bu il təkrar ali təhsilə qəbul olanların sayı ötən illə müqayisədə 48 faiz, son 5 illə müqayisədə isə 2,5 dəfə artaraq, 279 nəfər olub.
UNEC-də bu il qiyabi təhsil formasına təkrar ali təhsil üzrə qəbul olanların sayı Dövlət İmtahan Mərkəzinin xətti ilə qəbul olanların sayından yüksək olub. 19 ixtisas üzrə aparılan qəbulda tələbələrin 28 faizi “Dövlət və bələdiyyə idarəetməsi”, 16 faizi “Maliyyə”, 12 faizi “İqtisadiyyat, 6 faizi “Mühasibat”, 31,5 faizi isə digər ixtisasları seçib.
Təkrar ali təhsilə qəbul olanların arasında yerli universitetlərlə yanaşı, xarici universitetlərin də məzunları yer alıb.
UNEC-in Zaqatala filialında isə təkrar ali təhsilə 8 ixtisas üzrə 19 tələbə qəbul olub.
Baxış sayı:119
Bu xəbər 21 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















