Icma.az
close
up
RU
UNESCO nüfuzunu itirir Təşkilatın üzvlərinin sayı azala bilərmi?

UNESCO nüfuzunu itirir Təşkilatın üzvlərinin sayı azala bilərmi?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO-dan çıxmaq barədə qərar verib. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama yayıb. O bildirib ki, UNESCO Amerika maraqlarına uyğun gəlməyən təşəbbüsləri və mübahisəli məsələləri dəstəkləyir.

Bəs ABŞ-nin bu addımı digər dövlətlər üçün nümunə ola bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Elman Vəliyevin sözlərinə görə, UNESCO BMT-nin mədəniyyətə dair ixtisaslaşmış qurumudur və dini, irqi, cinsi ayrı-seçkilik etmədən dünya xalqları arasında mədəni, elmi və təhsil sahələrində əməkdaşlığı təşviq edir:

“UNESCO-nun məqsədi müxtəlif mədəniyyətlər arasında körpü qurmaqdır. ABŞ-nin bu qərarının arxasında hansı səbəblərin dayandığı aydın deyil. Amma ABŞ-də, xüsusilə də Tramp dövründə irqi ayrı-seçkiliyin artması faktı ortadadır. Ola bilər ki, UNESCO-nun bu sahədəki mövqeyi və təşəbbüsləri ABŞ tərəfindən narahatlıqla qarşılanıb”. 

Ekspert əlavə edib ki, digər dövlətlərin UNESCO-dan çıxacağını ehtimal etmir:

“Əksinə, bu qurum bir çox ölkələr üçün faydalı ola biləcək platformadır və onların maraqlarına xidmət edir”.

Elman Vəliyev qeyd edib ki, ABŞ son illər ərzində bir neçə dəfə UNESCO ilə münasibətlərində gərginlik yaşayıb və 2018-ci ildə də təşkilatdan ayrılmaq qərarı vermişdi. Bu dəfəki addım isə həmin siyasətin davamı kimi qiymətləndirilir.

Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyul 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri