Icma.az
close
up
RU
UnHerd: “Avropanın Ukrayna üzrə planı yoxdur”

UnHerd: “Avropanın Ukrayna üzrə planı yoxdur”

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “UnHerd” nəşrinin iddiasına görə, bu reallıq avropalıları növbəti dəfə alçaldılma və ehtiyatsız vədlərini yerinə yetirmək zərurəti arasında seçimdən xilas edəcək.
“Fevralın 17-də Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Parisdə keçirilən Avropa liderlərinin fövqəladə sammitində avropalıların gizli ehtiyatlılığı, müxtəlif partiyalar arasında ənənəvi dərin fikir ayrılıqlarının olduğu üzü çıxdı”, - nəşrin təqdim etdiyi materialda deyilir.
Məsələn, Böyük Britaniyanın baş naziri Kir Starmer Birləşmiş Ştatların “dəstəkləməsi” şərti ilə Britaniya qoşunlarının Ukraynaya göndərilməsini təklif edib. ABŞ-nin Müdafiə naziri Pit Heqset belə bir zəmanəti artıq açıq şəkildə istisna etdiyi üçün Starmer Britaniyanın hərbi əməliyyatlarda iştirakının mümkünsüz olduğunu açıqladı.
Almaniya kansleri Olaf Şolz deyib ki, döyüşlər bitənə qədər Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinin müzakirəsi “tamamilə erkən” və “çox yersiz”dir. Hətta Ukraynanın ən hay-küylü tərəfdarlarından biri olan Polşanın baş naziri Donald Tusk da orada Polşa hərbçilərinin yerləşdirilməsini istisna edib.
- Amma Avropa liderləri Ukrayna ilə bağlı yeni öhdəliklər barədə razılığa gəlsələr belə, çətin ki, ortamüddətli perspektivdə belə öhdəlikləri yerinə yetirsinlər. Çünki Avropa siyasətindəki tektonik dəyişiklik, xüsusən də Fransada 2027-ci il prezident seçkilərindən sonra, çox güman ki, bu cür öhdəlikləri yerinə yetirmək niyyətində olmayan hökumətlərin yaranmasına gətirib çıxaracaq”, - məqalənin müəllifi proqnozlaşdırır.
Hazırda Ukraynada təhlükəsizliyin təminatında Avropanın rolu ilə bağlı təkliflərə nikbin və bədbin yanaşmalar mövcuddur.
1.Nikbinlər bu təklifləri Ukraynanın sülh danışıqlarında mövqelərini gücləndirmək vasitəsi kimi görürlər: onların ortaya qoyacaqları mövqe sonradan Rusiyanın güzəştləri ilə mübadilə edilə bilər. Bu düşərgəyə bəzi Qərbi Avropa dövlətlərinin hökumətləri daxildir.
2.Pessimistlər təkliflərə sülh danışıqlarını tamamilə pozmaq imkanı kimi baxırlar: Moskvaya heç vaxt qəbul etməyəcəyi bir şərt qoyulacaq. Bu cəbhədə Polşa və Baltikyanı ölkələr yer alıblar.
Bununla belə, daha önəmlisi, Aİ, NATO və Böyük Britaniyanın sülh prosesində oynamalı olduqları mühüm rolu göstərmək üçün onların nə isə etməsinə və ya ən azı deməsinə inamın olmasıdır.
“Bu, Britaniya və Fransanın dünya miqyasında özlərini böyük dövlətlər kimi göstərmək istəyinin, eləcə də Avropa Komissiyasının (AK) - xüsusilə onun indiki rəhbərliyi altında - özünü Avropa super dövlətinin hökuməti kimi aparmağa çalışmaq cəhdlərinin nəticəsidir. Bu, həm də ABŞ-nin Avropadan üz döndərməsi ilə bağlı dərin narahatlığın və Avropanın ona əvəz tapmaq üçün təcili nə isə etməli olduğu hissinin nümayişidir”, - materialda vurğulanır.
FT: “Aİ sammitində qarşıdurma yaşanıb” Amma, müəllifin fikrincə, Avropanın qorxusu şişirdilib. Donald Tramp administrasiyası NATO-dan çıxmağı düşünmür, çünki alyansa üzvlük ABŞ-nin Almaniyadakı Ramştayn aviabazasına və İtaliyanın Neapoldakı hərbi dəniz bazasına nəzarətini təmin edir. Bu bazaların hər ikisi ABŞ-nin Yaxın Şərqdəki nüfuzu və Trampın tək qoymaq niyyətində olmadığı İsrailə dəstək üçün çox vacibdir. Bu baxımdan, Oruellin “1984” romanındakı “NATO əvvəlkitək “bir nömrəli uçuş-enmə zolağı” olacaq ifadəsini xatrılatmaq yerinə düşür.
Beləliklə, ABŞ hazırkı sərhədləri daxilində NATO-nun müdafiəsinə zəmanət verməyə davam edəcək. Tramp, sadəcə olaraq, alyansın daha da genişləndirilməsi ideyasından imtina edir. Çünki bu, yeni böyük öhdəliklər və təhlükəsizlik riskləri ilə nəticələnəcək.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri