Icma.az
close
up
RU
Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir

Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Unibank Azərbaycanda aparıcı taksi sifarişi xidmətlərindən biri olan “Yango Azerbaijan”la strateji tərəfdaşlığa başlayıb. Məqsəd Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyi göstərməkdir. Bu əməkdaşlıq çərçivəsində “Yango Azerbaijan” şirkətinin Bakıdakı dörd partnyor taksi parkına 500 yeni hibrid avtomobil gətiriləcək. Sürücülər artıq ilin sonunadək bu avtomobillərlə taksi sifarişlərinə başlaya biləcəklər.

Taksi şirkətləri bu avtomobilləri “Unibank”dan çox sərfəli, güzəştli şərtləri olan kreditlə almaq imkanı qazanacaq. Prosesə dəstək məqsədilə “Yango Azerbaijan” zamin kimi bu təşəbbüsə sərmayə qoyub. “Yango”nun tərəfdaşlarının BYD Qin Plus modelinin yeni avtomobillərini alması planlaşdırılır.

“Unibank KB” ASC İH-nin sədri Fərid Abuşov yaşıl maliyyələşmə layihəsi ilə bağlı fikirlərini açıqlayıb: “Məmnuniyyət hissi ilə bildirmək istərdim ki, Bankımız tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində növbəti yaşıl layihə maliyyələşdirilməsi aparılır. Kreditləşmə yaşıl layihə təsnifatına uyğun olan hibrid avtomobillərin alışı üzrə həyata keçirilir. Qeyd etmək istərdim ki, “yaşıl nəqliyyat” beynəlxalq standartlar rəhbər tutulmaqla, Bankımız tərəfindən hazırlanmış dayanıqlı maliyyə yanaşmamıza əsasən yaşıl iqtisadi sektor hesab olunur. Həmçinin hibrid avtomobillərin maliyyəşləşdirilməsi, ölkəmizin Milli Töhfələr Planına əsasən atmosferə atılan istixana qazlarının azaldılmasını hədəfləyən tədbirlər üzrə ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir. Bankımız tərəfindən həyata keçirilən “yaşıl kreditləşmə”nin ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da müsbət təsirini göstərəcəyinə inanırıq. Bu təşəbbüs fəaliyyətimizdə və bankçılıq xidmətlərimizdə dayanıqlı maliyyə və ESG prinsiplərinin inteqrasiyasının daha bir nümunəsidir ”.

“Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov da hesab edir ki, Yango və Unibank arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi səfərlərini daha təhlükəsiz, daha rahat və hibrid avtomobillərin sayının artması sayəsində ekoloji cəhətdən təmiz etməkdir: “ Bu təşəbbüs, Bakıdakı tərəfdaşlarımızın  taksi parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın bir hissəsidir. Əvvəllər biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətlərinin səviyyəsini xeyli yüksəldir. Növbəti məqsədimiz tərəfdaşlarımıza bu və gələn il ərzində 4000-dən çox yeni avtomobil almağa kömək etməkdir”.

Unibank - Sənin Bankın!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri