“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Unibank" 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün səhiyyə əməkdaşlarını təbrik edir, onlara fədakar fəaliyyətlərində uğurlar arzulayır.
"Unikal" xəbər verir ki, "Unibank" səhiyyə işçiləri üçün sərfəli kampaniya keçirir. Artıq digər banklardakı kreditlərinizi 0% komissiya ilə “Unibank”a gətirməklə, bütün ödənişlərinizi ayda cəmi bir dəfə, daha rahat şəkildə və sərfəli ödənişlə həyata keçirə bilərsiniz.
Bu kampaniya, tibb işçilərinin maliyyə yükünü yüngülləşdirmək və onların bank xidmətlərindən daha rahat istifadə etməsini təmin etmək məqsədi daşıyır. Kampaniyadan həm dövlət, həm də özəl tibb müəssisələrində çalışan bütün səhiyyə işçiləri faydalana bilər.
Kampaniya çərçivəsində 50 000 manatadək kredit cəmi 9.5 %-dən başlayaraq və komissiyasız təklif edilir. Qeyd edək ki, “Unibank”ın təklif etdiyi illik kredit faizi hazırda bank sektorunda ən aşağı faizlərdəndir.
Bankda nağd kreditlərin müddəti 60 ayadəkdir. Digər banklardakı kreditlərinizi “Unibank”a gətirən zaman komissiya ödəməyəcəksiniz, ayda cəmi bir dəfə kredit ödənişi edəcəksiniz və götürdüyünüz kredit aşağı faizlə rəsmiləşdirildiyindən, aylıq ödəniş məbləği də sərfəli olacaq.
Kampaniya çərçivəsində “Unibank”dan nağd kredit götürmək bu üstünlükləri verir:
- 0 % komissiya;
- illik 9.5 %-dən başlayan kredit əldə etmək;
- 50 000 AZN-dək məbləğ;
- zamin tələbi yoxdur;
- 60 ayadək ödəniş müddəti;
- tez və rahat rəsmiləşdirmə imkanı;
- müştərinin istəyinə görə kredit həyat sığortası.
Krediti banka gəlmədən sifariş etmək üçün aşağıdakı imkanlar da mövcuddur:
- 055 457 81 17 vatsap nömrəsinə yazaraq;
-“Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;
- Bankın saytından (https://unbk.az/nagdkredit) onlayn sifariş etməklə.
"Unibank" - Sənin Bankın!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















