UNICEF: Azərbaycanda uşaqlara dair DİM göstəricilərinin dolğunluğu yetərli deyil
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Azərbaycanda uşaqlara dair Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəricilərinin dolğunluğu hələ də yetərli deyil.
Missiya.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Sirac Mahmudlu Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun üçüncü günündə bildirib.
O qeyd edib ki, "2030 Gündəliyi"nin demək olar ki, bütün məqsədləri uşaqların rifahına birbaşa və yaxud dolayı təsir göstərir.
Nümayəndə vurğulayıb ki, məlumat çatışmazlığı irəliləyişi düzgün qiymətləndirməyə imkan vermir: "Uşaqlara aid DİM göstəricilərinin dolğunluğu üçün beynəlxalq əməkdaşlıq, yeni məlumat mənbələrinin cəlb edilməsi və ölkə səviyyəsində məlumatların daha səmərəli istifadəsi prioritet olaraq qalır. UNICEF bu istiqamətdə Azərbaycanla əməkdaşlığı da vacib hesab edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















