Icma.az
close
up
RU
“UniDestin” Tədris Mərkəzi açıldı Fotolar

“UniDestin” Tədris Mərkəzi açıldı Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda xaricdə təhsil, özünüinkişaf, karyera yüksəlişi sahəsində yeni istiqamətləri, innovativ təklifləri və uzunmüddətli dayanıqlığı özündə ehtiva edən “UniDestin” Tədris Mərkəzinin açılışı olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, açılış mərasimində təhsil üzrə mütəxəssislərlə yanaşı, müxtəlif universitetlərin tələbələri, əməkdaşları və media nümayəndələri iştirak ediblər.

“Böyük konsepsiyanı əhatə etməyi və çoxşaxəli fəaliyyət göstərməyi hədəfləmişik”

“UniDestin” Tədris Mərkəzinin meneceri Ülviyyə Hüseynova yeni fəaliyyətə başlayan tədris mərkəzinin qısa müddətdə əldə etdiyi uğurlardan və qarşıya qoyulan məqsədlərdən bəhs edib: “Son illər xaricdə təhsil almaq əksər tələbələrin arzusu, bir çoxunun isə tam qətiləşdirdiyi məqsədidir. Hamımıza məlumdur ki, kəmiyyət göstəricilərinə nəzər salsaq, görərik ki, bu gün Azərbaycanda onlarla xaricdə təhsillə bağlı kurs fəaliyyət göstərir. Keyfiyyət göstəricilərinə gəldikdə isə, həmişə arzuolunan mənzərə ilə qarşılaşmırıq. “UniDestin” Tədris Mərkəzi olaraq böyük konsepsiyanı əhatə etmək və çoxşaxəli fəaliyyət göstərməyi hədəfləmişik”.

Xaricdə təhsil almaq istəyən şəxs gedəcəyi ölkənin dövlət dilini öyrənmək şansı qazanacaq

Ü. Hüseynova qeyd edib ki, “UniDestin”də dil kursları fəaliyyətə başlayır: “Peşəkar dil mütəxəssislərinin iştirakı ilə dil kurslarımız fəaliyyətə başlayır. Bizə müraciət edən şəxs təhsil alacağı ölkənin dilini öyrənmək imkanı qazanacaq. Bundan əlavə, həmin ölkələrin dili ilə yanaşı, gündəlik həyatı, ab-havası, coğrafi mövqeyi, nəqliyyat sistemi və s. kimi detallarla bağlı tam məlumata sahib ola biləcəklər”.

“UniDestin”in üçbucaqlı uğur strategiyası: fərdin karyera yüksəlişi – valideyn əminliyi – peşəkar müəllimlərlə iş

“Tədris mərkəzimiz şagirdlərlə, tələbələrlə yanaşı, onların valideynləri ilə əlaqəli şəkildə irəliləməyin vacibliyi prinsiplərimizə daxildir. Ən azı, onlar öz övladlarının gələcəyini bizə etibar edərkən hər şeydən əmin olmalıdırlar. Üçbucaqlı uğur strategiyamızın tamamlayıcı tərəfi isə peşəkar müəllimlərlə işləməkdir. Bir az əvvəl qeyd etdiyim kimi, keyfiyyət göstəriciləri ilkin prinsipimizdir”, - Ülviyyə Hüseynova əlavə edib.

“UniDestin” tam xidmət modeli təklif edir – Karyeranın bütün mərhələlərini əhatə edən imkanlar

“UniDestin”in meneceri vurğulayıb ki, əsas fokuslandıqları məsələ tam xidmət modeli ilə bağlıdır:“Dil kursları həmin tam xidmət modelinin ilkin mərhələsidir. Bu mərhələdən sonra xaricdəki univesitetlərdə mövcud olan müxtəlif ixtisaslar üzrə xüsusi təlimlər keçiriləcək. Məsələn, xaricdə fizika, kimya, tətbiqi riyaziyyat, informatika, yaxud digər hər hansı bir ixtisası seçmək istəyən şəxs üçün “UniDestin”də təşkil ediləcək təlimlər xaricidilli mütəxəssislər tərəfindən icra olunacaq. Onlar hər biri nüfuzlu universitetlərin məzunlarıdır”.

Bürokratik ənəgəlləri dəf etmək üçün tələbələrə köməklik

Ü. Hüseynova bildirib ki, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması üçün konsultasiya və sənədləşmə prosesi isə tam xidmət modelinin növbəti mərhələsini təşkil edir: “Bəzən xarici universitetə qeydiyyat, sənədləşmə məsələlərində tələbələr çoxmərhələli proseslə üz-üzə olurlar. “UniDestin” bu məsələlərdə də tələbələrə dəstəyini əsirgəməyəcək. Xaricdə təhsil almaq üçün lazım olan sertifikatların təmin edilməsi də nəzərdə tutulub. Ən vacib məsələ isə xüsusi təqaüdlü proqramların qazanılmasıdır. Bu, xaricdə təhsil alan tələbənin sosial rifahı naminə prioritetlər sırasındadır”.

Təhsildən sonrakı mərhələdə staj proqramları, müxtəlif təcrübələr

Həmsöhbətimiz tam xidmət modelinin təhsildən sonrakı mərhələni də əhatə etdiyi bildirib. O vurğulayıb ki, bu mərhələ karyera yüksəlişinin əsasını təşkil edir, ona görə də “UniDestin” gördüyü işin sona qədər uğuruna əmin olmaq üçün protəhsil dövründəki təcrübə məsələsində də şəxslərə yardımçı olacaq.

“UniDestin”in son iki uğuru – ABŞ universitetlərinə qəbul

Ü. Hüseynova açılış mərasimində Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında yerləşən Klrakson Universitetinə qəbul olan Asim Şirinovu və Massaçusets ştatında yerləşən UMass Boston kollecinə qəbul olan Günel Xəlilzadəni təbrik edib, tədris mərkəzinin son iki uğuru kimi onları nümunə göstərib. Onların hər ikisi APA-ya açıqlamasında universitetlərlə əlaqə saxlanılması, zəruri sənədlərin hazırlanması, ümumən, qəbul prosesində “UniDestin”in rolundan bəhs ediblər.

“UniDestin”də yaş məhdudiyyəti yoxdur

Mərkəzin meneceri açılışdakı nitqində fəaliyyət göstərəcək kurslardan yararlanmaq istəyənlər üçün yaş məhdudiyyətinin olmadığını vurğulayıb. O bildirib ki, həm ibtidai, həm orta, həm də ali təhsil alanların üzünə “UniDestin”in qapıları açıqdır.

“UniDestin” Xəzər Universitetindəki Karyera sərgisində iştirak edəcək

“UniDestin” Tədris Mərkəzi sabah Xəzər Universitetində keçiriləcək Karyera sərgisində iştirak edəcək”, – Ülviyyə Hüseynova əlavə edib.

Avropa ilə yanaşı, Asiyadakı universitetlərə qəbul imkanı

“UniDestin” Tədris Mərkəzinin xaricdə təhsil üzrə mütəxəssisi Orxan Cəfərzadə çıxışında qeyd edib ki, Avropadakı universitetlərlə yanaşı, Asiyadakı ali təhsil ocaqlarına qəbul proqramlarını əldə etmək planlaşdırılır: “UniDestin” xarici təhsillə yanaşı, tələbələrin “SAT”, “TOEFL”, “IELTS” imtahanlarından uğurla keçməsini və müvafiq sertifikatların onlara təqdim olunmasını da öhdəlik götürüb. Şirkətimiz dünyanın müxtəlif ölkələrində həm bakalavr, həm magistr, həm də doktorantura təhsil səviyyələri üzrə qəbullar həyata keçirir”.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri