Icma.az
close
up
RU
Unikal arı məhsulu PROPOLİS. Virus və mikrobları öldürür, immuniteti gücləndirir

Unikal arı məhsulu PROPOLİS. Virus və mikrobları öldürür, immuniteti gücləndirir

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Bütün digər arı məhsulları kimi, propolis da nadir müalicəvi xüsusiyyətlərə malikdir.

Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.

Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Məhz propolisə görə arı pətəyində olan mühit tam sterildir - orada mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər və s.) praktik olaraq yoxdur. Bu alimlərin çoxsaylı tədqiqatları zamanı sübut olunub. Arılar propolislə pətəyin çatlarını və şanıları bağlayır ki, ora xarici mühitdən zərərli mikroorqanizmlər düşməsin.

Saglamolun.az bildirir ki, propolis insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət təsir edir.

Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Propolis bir çox ziyanlı bakteriyaları və virusları öldürür və ya onların çoxalmasını dayandırır. Bu virus və bakteriyaların arasında - kokklar (streptokokklar, stafilokokklar və s.), qrip və herpes virusları, vərəm çöpü, kandida göbələyi və s.

Propolisi təbii antibiotik adlandırmaq olar. Lakin adi antibiotiklərlə müqayisədə propolisin heç bir yanaşı təsiri yoxdur, propolis orqanizmin öz xeyirli mikroflorasını öldürmür və immunitetin zəiflənməsinə gətirib çıxartmır.

Əksinə olaraq propolis insanın immun sistemini möhkəmləndirir, disbakteriozla mübarizə edir.

Propolis bəzi antibiotiklərlə birlikdə müalicə zamanı istifadə oluna bilər. Bu zaman propolis antibiotiklərin təsirini artırır və eyni zamanda immunitetin zəiflənməsinə və bağırsaqların xeyirli mikroflorasının məhv olmasına imkan vermir.

Tonzilollit (o cümlədən, xroniki tonzillit), bağırsaq infeksiyaları zamanı propolis çox yaxşı müalicəvi təsir edir. Tonzillit zamanı propolis dəmləmələri (1 çay qaşığı propolis + 1 stəkan qaynar su, propolisi dəmləmədən əvvəl sürtgəcdən keçirin) qarqara şəklində istifadə olunur. Bundan əlavə xəstə propolisin kiçik bir tikəsini ağzında çeynəyə və sümürə bilər.

Xroniki tonzillit zamanı propolis çox təsirli profilaktik vasitədir. Xüsusilə bu uşaqlar üçün vacibdir. Xroniki tonzilliti olan insanlar hər axşam uzun müddət ərzində propolislə qarqara edə bilər. Müəyyən müddətdən sonra siz hiss edəcəksiniz ki, xəstəlik sizi artıq narahat etmir.

Bağırsaq infeksiyaları zamanı propolis dəmləməsi daxilə qəbul olunmalıdır. Bunun üçün 1 çay qaşığı propolis 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.

Virus əleyhinə xüsusiyyətlərinə görə propolis herpes, qrip, hepatit, ensefalit və s. virus infeksiyaların müalicəsi və profilaktikası zamanı geniş istifadə olunur.

Propolis orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizləyir.

Propolis ağrısızlaşdıran vasitə kimi də istifadə oluna bilər. Bəzi tədqiqatlar sübut edir ki, propolis hətta novokaindən da təsirlidir. Diş ağrısı, boğaz ağrısı zamanı propolisi çox uğurla istifadə etmək olar. Diş ağrısı zamanı ağrıyan dişin üzərinə propolisin kiçik tikəsini qoyun.

Yanıqlar, yaralar, donvurmalar zamanı propolis aplikasiyalar şəklində istifadə olunur - 1 çay qaşığı miqdarında propolisin üzərinə 1 stəkan qaynar su əlavə olunur və 10-15 dəqiqə ərzində vam odda qaynadılır. Steril tənzif dəmləmədə isladılır və yaranın üzərinə qoyulur. Propolis yaraya bakterisid təsir edir, yaranın daha tez sağalmasına kömək edir, yaranın yerində əmələ gələn çapığın daha nazik və gözəgörünməz olmasını təmin edir.

Propolis çətin sağalan yaraların müalicəsində uğurla istifadə olunur.

Propolis mədə-bağırsaq sistemi xəstəlikləri zamanı da istifadə olunur. Qastrit, mədə xorası, kolit və s. xəstəliklər zamanı propolisin müalicəvi təsiri sübut olunub.

Propolis psoriaz xəstəliyi müalicəsi zamanı istifadə olunur.

Elmi tədqiqatların nəticəsində sübut olunub ki, propolis onkoloji xəstəliklərin müalicəsi  və xüsusilə profilaktikası zamanı uğurla istifadə oluna bilər. Propolis insanın immun sistemini stimullaşdıraraq xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam insanlarda tək-tək əmələ gələn xərçəng hüceyrələri məhv edir. Bu səbəbdən bir çox həkimlər 40 yaşından sonra olan insanlara propolisi daxilə qəbul etmək tövsiyə edirlər. Propolisin heç bir yanaşı təsiri yoxdur və bu səbəbdən propolisin su məhlulunu (spirt yox!) uzun müddət, hətta illər ərzində qəbul etmək olar. Bu insanın sağlamlığına yalnız müsbət təsir edə bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri