UNITAR ASAN xidmət lə əməkdaşlığı genişləndirir FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
20 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı Şəhərlər: Potensialın Artırılması Vasitəsilə Şəhər Dayanıqlılığının Yaradılması” adlı tədbir baş tutub. Tədbir BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən təşkil olunub.
Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycanda dövlət xidmətləri sahəsində həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” modelinin və “ASAN kommunal” mərkəzlərinin vətəndaşlara kommunal xidmətlərin vahid məkanda, əlçatan və şəffaf formada təqdim edilməsinə verdiyi töhfə, həmçinin innovativ həllərin dayanıqlı şəhər inkişafı və dövlət xidmətlərinin effektiv idarə olunmasında rolunu diqqətə çatdırıb. Hazırda “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində 30-dan çox dövlətlə əməkdaşlıq edildiyi barədə məlumat verib.
UNITAR nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub və 2023-cü ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülmüş işlər, planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 May 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















