Universiadada Bayraqlar Meydanı açılıb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Artıq bir neçə gündür Reyn-Rur bölgəsində keçiriləcək Universiadada iştirak edəcək ölkələrin çoxsaylı bayraqları Essen şəhərindəki Qruqapark ilə sərgi mərkəzi arasındakı ərazini bəzəyir.
İdman.biz xəbər verir ki, Bayraqlar Meydanının rəsmi açılış mərasimi keçirilib.
Tədbir zamanı Almaniya və Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) bayraqları qaldırılıb.
FISU prezidenti Leonç Eder Boхum, Duysburq, Essen və Mülhaym-an-der-Rur şəhərlərinin merlərinin müşayiəti ilə simvolik lenti kəsərək Bayraqlar Meydanını rəsmi olaraq açıq elan edib.
Bayraqlar Meydanı ziyarətçiləri kiçik bir dünya səyahətinə dəvət edir və artıq fotoçəkilişlər üçün məşhur məkana çevrilib.
Qeyd edək ki, bu gün Azərbaycan komandasının da iştirakı ilə Universiadanın açılış mərasimi olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















