Icma.az
close
up
RU
Universitet müəllimi niyə cəmi 4 gün işləyə bilib? “Məni istismar ediblər”

Universitet müəllimi niyə cəmi 4 gün işləyə bilib? “Məni istismar ediblər”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qərbi Kaspi Universiteti məni əmək müqaviləsi olmadan, müqavilə imzalamaq vədi ilə işlədib. Fənn proqramı, sillabuslar, mühazirələr yazdırıb, mühazirələr oxudub və heç bir rəsmi səbəb göstərmədən işdən azad edib”.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə müəllim Yusif Yusifzadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, sentyabrın 15-də sözügedən özəl ali məktəbdə dünya ədəbiyyatı fənnindən müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, 4 gün işləyib. Amma dərs keçdiyi fakültənin dekanı ona zəng edərək həmin dərsi daha əvvəl tədris edən müəllimin analıq məzuniyyətində geri qayıtdığını bildirib. Y.Yusifzadə isə bu səbəblərə inanmır və universitetin onu istismar etdiyini deyir. O iddia edir ki, işdən sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar azad edilib. 

İddialarla əlaqədar Qərbi Kaspi Universitetinə müraciət etdik. Universitetin Filologiya və Tərcümə Məktəbinin dekanı Adilə Əsədova sorğumuza cavab olaraq bildirdi ki, Y.Yusifzadənin sosial şəbəkədə fəaliyyətinə görə ali məktəbdən uzaqlaşdırılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Qaydalara uyğun olaraq müəllimlər universitetdə işə götürülərkən əvvəlcə bir açıq dərs keçirlər. Yusif müəllim də Filologiya fakültəsində açıq dərs keçdi və dərsi müsbət qiymətləndirildi. Bundan sonra ona sınaq müddəti verildi. Biz müəllimə dərs saatı ayırmamışdıq. Sınaq müddəti olduğuna görə onunla müqavilə bağlanmamışdı. İllərdir həmin dərsi tədris edən və analıq məzuniyyətində olan müəllim geri qayıtdı. O kafedrada ştatlı müəllim olduğuna görə həmin dərs saatları o müəllimə verildi”.

Y.Yusifzadənin istismar edilməsi ilə bağlı iddialarına gəlicə isə dekan bildirib ki, müəllimə sillabusu ali məktəb özü verib: “O özü həmin sillabusun üzərində bəzi dəyişiklik etmək istədiyini dedi və biz də razılaşdıq. Yusif müəllim bizdə cəmi 2 dərsə girib. Biz müəllim haqqında müsbət fikirdə olmuşuq və ona da bu barədə bildirmişik. Hətta Yusif müəllimə bildirmişik ki, növbəti vakansiya olarsa, ona müraciət edəcəyik. Onun işdən çıxarılması ilə bağlı heç bir başqa fikir yoxdur”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri