Icma.az
close
up
RU
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər

Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə - Azərbaycan Universiteti 3 yeni vakansiya elan edib. 
Modern.az xəbər verir ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) müxtəlif sahələr üzrə üç vəzifə – mühəndis (SƏTƏM), usta-elektrik və fəhlə üzrə vakansiya elan edib.
Universitetdən verilən məlumata görə, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit sahəsində fəaliyyətin yüksək səviyyədə təşkili üçün SƏTƏM üzrə mühəndis axtarılır. Bu vəzifə üçün namizədlərdən müvafiq sahə üzrə ali təhsil, ən azı 3 il iş təcrübəsi, həmçinin ISO 45001 və 14001 kimi standartlar üzrə bilik və sertifikatlar tələb olunur. Eyni zamanda risklərin idarə olunması bacarığı, analitik düşüncə, məsuliyyətlilik və komandada işləmək qabiliyyəti vacib şərtlər sırasındadır.
Mühəndis vəzifəsinə qəbul olunacaq şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməli, risk qiymətləndirilməsi aparmalı, təhlükəsizlik təlimləri keçirməli, qəza və insidentləri araşdırmalı, ətraf mühitlə bağlı normativ tələblərin icrasını təmin etməli və müvafiq sənədləşməni həyata keçirməlidir.
Bununla yanaşı, universitet texniki xidmət sahəsində usta-elektrik vəzifəsi üzrə də vakansiya elan edib. Bu vəzifəyə namizədlərdən elektrik və ya təmir-tikinti sahəsi üzrə peşə və ya orta ixtisas təhsili, ən azı 2-3 il iş təcrübəsi, elektrik sxemlərini oxumaq bacarığı və təhlükəsizlik qaydalarına dair biliklər tələb olunur. 4-cü və ya 5-ci dərəcəli elektrik vəsiqəsinə malik olmaq üstünlük sayılır.
Usta-elektrik universitetdə elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin etməli, nasazlıqları operativ şəkildə aradan qaldırmalı, təmir-tikinti işlərində iştirak etməli, təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etməli və profilaktiki texniki baxışları həyata keçirməlidir.
Digər vakansiya isə fəhlə vəzifəsi üzrədir. Bu vəzifə üçün fiziki cəhətdən sağlam, intizamlı, məsuliyyətli və komandada işləmə bacarığı olan şəxslərə üstünlük verilir. Oxşar sahədə təcrübə arzuolunandır.
Fəhlə vəzifəsinə qəbul olunacaq şəxslər universitet ərazisində gündəlik texniki və fiziki işləri yerinə yetirməli, təmizlik və səliqənin qorunmasına dəstək verməli, yüklərin daşınması və yerləşdirilməsini həyata keçirməli, həmçinin rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etməlidirlər.
Hər üç vəzifə üzrə iş qrafiki 5 günlük iş həftəsi, iş saatı 09:00-dan 18:00-dək nəzərdə tutulub. Əmək haqqının məbləği isə müsahibə əsasında müəyyən olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Mart 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri