Icma.az
close
up
RU
Universitetə qəbul olmaq hələ şagirdin biliyini tam ortaya çıxarmır

Universitetə qəbul olmaq hələ şagirdin biliyini tam ortaya çıxarmır

Icma.az bildirir, Modern.az portalına istinadən.

İmtahan nəticələrinin açıqlanması bəzi ailələr üçün sevinc, digərlərində isə təəssüf hissi yaradıb. Yüksək bal toplayan şagirdlərin  təriflə qarşılanması doğru hal olsa da, bəzən zəif nəticə göstərənlərə haqsızlıq kimi görülür. Bu cür ikili yanaşmalar isə ailədə, məktəbdə şagirdlərin psixoloji durumuna və dərsə olan münasibətinə birbaşa təsir edir. Bəzi valideynlərin imtahan nəticələrinə əsaslanan davranışı, uşaqlarda motivasiya itkisi, aqressivlik və təhsildən uzaqlaşma ilə nəticələnə bilər.

Modern.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, burada əsas məsuliyyət valideynlərin üzərinə düşür:

"Hər bir şəxsin ali təhsil almaq öhdəliyi yoxdur. Universitetə qəbul olmaq hələ şagirdin bilik, savad və digər qabiliyyətlərini tam ortaya çıxarmır. İxtisas və qrupu seçərkən şagirdə qarışmaq, onu məcbur etmək yanlışdır. Bilik göstəriciləri zəif olan, marağı və potensialı fərqli inkişaf edən uşaqlara məcbur universitet sevdirmək mümkün deyil".

O bildirib ki, yüksək bal toplamaq şagirdin  əziyyətinin bəhrəsidir:

"Amma zəif nəticə toplamış şagird təhsildən, cəmiyyət təcrid olunacaq münasibət görməməlidir. İkinci dəfə hazırlaşıb daha yüksək nəticə toplamaq və ya düzgün sənət seçərək, təkmilləşmək daha perspektivlidir. Valideynlər, övladları arasında təhsildə göstərdikləri nəticəyə görə fərq qoymamalıdır. Bu uşaqlarda özgüvənsizlik, dərslərə marağın azalması, ailəyə inamsızlıq, məktəbdən uzaqlaşmaq kimi hallara səbəb ola bilər".

Rizvan Fikrətoğlu qeyd edib ki, uğuru və onu qazananı hər kəs sevir: "Əsas olan uğursuzluq yaşamış birinə inanmaq və onu qəbul edib həvəsləndirməkdir. Valideyn bilməlidir ki, övladının potensialından artıq bir şeyi ondan tələb edə bilməz. Məhz, ətrafa, qohumlara göstəriş üçün edilən performans onların uşaqlarına zərər vurur. 

İndiki dövrdə, uşaqlar daha həssas düşünür və davranırlar. Xüsusilə də, analar bilməlidir ki, onların təcrübələri övladlarından nisbətən çoxdur. Övladları üçün təhsilə xərclənən pulları onların başına vurmaq yerinə, qonşu-qohum uşaqları ilə müqayisə etmək əvəzinə onların həvəsini artırmaq və dəstək olmaq önəmlidir".

Zərif Sofiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri