Icma.az
close
up
RU
Universitetlərə qəbul balı aşağı düşür? AÇIQLAMA

Universitetlərə qəbul balı aşağı düşür? AÇIQLAMA

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda abituriyentlər həyəcanla ixtisas seçimlərinin başlayacağı günü gözləyirlər. Onları maraqlandıran əsas suallar isə universitetlərə keçid balları ilə bağlıdır.

Bəs, hazırda vəziyyət necədir və ali təhsil müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı varmı?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı “Trend.az”a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov danışıb.
 

O bildirib ki, 2025 ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri artıq açıqlanıb və növbəti kritik mərhələ – ixtisas seçimi – yaxın günlərdə başlayacaq.


O qeyd edib ki, bu mərhələdə abituriyentləri ən çox maraqlandıran suallardan biri isə keçid ballarında dəyişiklik xüsusilə də enmə ehtimalının olub-olmamasıdır.
 

"Lakin bu ilki statistik göstəricilər və plan yerləri üzrə təhlillər göstərir ki, əksinə, bəzi ixtisaslar üzrə keçid ballarında yüksəliş gözlənilir. İlk olaraq qeyd edilməlidir ki, 2025 ci ildə qəbul planı 61 minə çatdırılıb. Bu, ötən illə müqayisədə əhəmiyyətli artımdır.


Lakin bu genişlənməyə baxmayaraq, 150 və daha çox bal toplayan abituriyentlərin sayı da kəskin şəkildə artıb.
 

Belə ki, 2024 cü illə müqayisədə bu il 150-dən çox bal toplayanların sayı 10 min nəfər artaraq ümumi rəqabət mühitini daha da sərtləşdirib. Bu isə keçid ballarının enməsi ehtimalını böyük ölçüdə aradan qaldırır. III ixtisas qrupu üzrə – yəni humanitar sahələr, hüquq, jurnalistika, tarix, kitabxanaçılıq və s. – keçid ballarında ciddi enmə gözlənilmir.


Əksinə, bəzi ixtisaslarda, xüsusilə dövlət sifarişi ilə ayrılan plan yerlərinin sayı az olan hüquqşünaslıq və psixologiya kimi sahələrdə keçid ballarının bir qədər də yüksəlməsi ehtimalı mövcuddur.

Pedaqoji ixtisaslarda – xüsusilə də ibtidai sinif, məktəbəqədər təhsil və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarında – keçid ballarının artacağı real görünür.
 

Bunun səbəbləri arasında müəllimlik ixtisaslarına yönəlik sosial müdafiə tədbirləri, təqaüdlər, işə qəbul zamanı üstünlüklər və “sabit iş imkanı” amili önə çıxır. İbtidai sinif və məktəbəqədər təhsil ixtisasları bu il xüsusilə qız abituriyentlər arasında rəqabətli ixtisaslar sırasındadır".


K.Əsədovun sözlərinə görə, I ixtisas qrupu üzrə – mühəndislik və texniki sahələr – keçid ballarında radikal dəyişikliklər gözlənilmir:

"Riyaziyyat və fizika fənləri üzrə nəticələrin əvvəlki illərlə müqayisədə ortalama bərabər səviyyədə olması bu proqnozu gücləndirir. Xüsusilə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin geniş olması mühəndislik sahələrində keçid ballarının sabit qalacağını deməyə əsas verir.


II ixtisas qrupu üzrə isə fərqli dinamika müşahidə olunur. Buraya iqtisadiyyat, idarəetmə, maliyyə və turizm kimi sahələr daxildir. Bu il ingilis dilli ixtisaslar – məsələn, “İqtisadiyyat (ingilis dili ilə)”, “Biznesin idarə edilməsi (ingilis dili ilə)” – abituriyentlər tərəfindən daha çox seçilir.
 

Bu isə keçid ballarının yüksəlməsinə səbəb olacaq. Çünki həm bu ixtisaslara maraq artıb, həm də həmin ixtisaslar üzrə plan yerləri məhdud saxlanılıb. Eyni zamanda, bu proqramların bir çoxu beynəlxalq əməkdaşlıqlarla bağlıdır və əmək bazarında daha yüksək gəlirli perspektivlər vəd edir.


IV ixtisas qrupu üzrə – yəni tibb və biotexnologiya sahələri – ənənəvi olaraq yüksək bal tələb edən ixtisaslardandır. Bu il də dəyişiklik gözlənilmir. Əksinə, “Müalicə işi”, “Stomatologiya”, “Əczaçılıq” kimi ixtisaslarda keçid ballarında sabit yüksəliş tendensiyası davam edəcək.

Bu sahədə plan yerləri məhduddur, amma maraq yüksəkdir. Bu isə keçid ballarının enməsi deyil, artması ilə nəticələnəcək.
 

V ixtisas qrupu üzrə – pedaqoji yönümlü xüsusi ixtisaslar və inklüziv təhsil sahəsi – keçid ballarında kiçik dalğalanmalar baş verə bilər, lakin bu, daha çox subbakalavr pilləsi üzrə olanların seçimlərinə bağlıdır. Amma ümumilikdə V qrup üzrə də ciddi enmə gözlənilmir".


"Bütövlükdə 2025 ci ildə qəbul planının 61 min yerə qədər artırılması müəyyən sahələrdə abituriyentlər üçün imkanları genişləndirsə də, bu imkanlar nəticələrin kəskin yaxşılaşdığı bir ildə baş verdiyindən keçid ballarının azalmasına deyil, sabit qalmasına və ya artmasına səbəb olacaq. Burada əsas faktorlardan biri də məhz yüksək nəticə göstərmiş abituriyentlərin sayının əhəmiyyətli dərəcədə artmasıdır.

Son olaraq qeyd etmək vacibdir ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi bu il də ixtisas seçimi mərhələsində abituriyentlər üçün marifləndirici mexanizmləri və analitik platformaları yetərincə effektiv təqdim etmir. Abituriyentlərin öz balı ilə hansı ixtisaslara düşə biləcəklərinə dair real proqnozlar üzərində işlənmiş, statistik əsaslı platformalar hələ də mövcud deyil və bu da yanlış seçim risklərini artırır.
 

Nəticədə, keçid ballarının necə formalaşacağı ilə bağlı proqnozlar yalnız statistik təhlillərə əsaslanmaqla aparılır, real zamanlı dinamika isə izlənilmir. Bu boşluğun aradan qaldırılması üçün elektron proqnozlaşdırma sistemləri, süni intellekt əsaslı ixtisas uyğunluğu təklif edən modulların tətbiqi vacibdir.


Nəticə etibarilə, bu il ixtisas seçimi mərhələsində xüsusilə yüksək bal toplayan abituriyentlərin daha ağıllı strategiyalar seçməsi gözlənilir və bu da rəqabətin müəyyən ixtisaslarda ciddi şəkildə artmasına səbəb olacaq. Beləliklə, keçid ballarında ümumi mənzərə – ya sabitlik, ya da artım istiqamətində olacaq; enmə ehtimalı isə minimaldır",- deyə K.Əsədov fikirlərini tamamlayıb.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə bildirib ki, hazırda Dövlət İmtahan Mərkəzinin yaxın günlərdə dərc edəcəyi “Abituriyent-4” və statistika jurnallarını gözləyir.

"Ondan sonra daha konkret və daha yekun fikirlər bildirmək olar. Faktiki olaraq, bu jurnallar yoxdur deyə, daha konkret danışmaq olmur.
 

Amma, məsələn, 5-ci ixtisas qrupunda fiziki tərbiyə müəllimliyidir, ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv idman, beləcə də təsviri incəsənət müəllimliyi, dizayn ixtisasları qrupu, həmçinin, 4-cü ixtisas qrupunda, tibb yönümlü ixtisaslarda, eyni zamanda 3-cü ixtisas qrupunda ballarda artımlar gözlənilir.


İxtisaslar üzrə 3-5 bal artım ola bilər. 2-ci ixtisas qrupunda, adətən, Bakı Dövlət Universiteti, ADNSU və.s. kimi universitetlərdə müəyyən artım ola bilər. Həmçinin bunun paralelində, bəzi ixtisas qrupunda, bir sıra mühəndislik sahələrdə artım gözlənilir, amma bunun paralelində azalmalar da müşahidə olunacaq.

Daha dəqiq fikir isə, dediyim kimi, həmin jurnallar çıxandan sonra daha konkret fikirlər bildirmək olar",- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri