Universitetləri köçürməyək, qəbulu azaldaq Deputat
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıdan universitetlərin köçürülməsi ilə bağlı məsələ hazırda aktual deyil. Mən universitetlərin Bakıdan köçürülməsi ideyasını da dəstəkləmirəm. Universitet şəhərin mədəni, təhsil mühitini formalaşdırır. Məncə, Bakıda universitetlərə qəbulu azaltmalı, bölgələrdə isə artırmalıyıq.
Bu sözləri Axar.az-a açıqlamasında deputat Ceyhun Məmmədov Bakıda tıxacların aradan qaldırılması üçün ali məktəblərin paytaxtdan köçürülməsi təklifləri haqda danışarkən deyib.
“Məsələn, bir regional universitetin iki min tələbəsi varsa, bunu 5-6-7 minə çatdırmaq olar. Qarabağ Universitetinin ciddi bir modeli var, o model barədə düşünməliyik və bu istiqamətdə addımlar atmalıyıq. Yəni bölgələrimizdə universitetlərə qəbul artırılmalıdır. Eyni zamanda, bir sıra bölgəmizdə yeni universitetlər, yeni təhsil müəssisələri yaratmalıyıq”, - o bildirib.
Deputat həmçinin vurğulayıb ki, Bakı tıxacları aradan qaldırmaq üçün nəqliyyat sistemi təkmilləşdirilməlidir:
“Nəqliyyat sistemi ilə bağlı ciddi, ardıcıl addımlar atmalı, səylərimizi gücləndirməliyik ki, bu prosesə töhfə verə bilək. Biz bu işləri indi həyata keçirməsək, daha ciddi problemlər yaranacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 23 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















