Icma.az
close
up
RU
Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir? Rəsmi AÇIQLAMA

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir? Rəsmi AÇIQLAMA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində dünyanın ən nüfuzlu universitetlərinin reytinq cədvəllərindən biri açıqlanıb.
“QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” adlı siyahıda Azərbaycanın da 7 universiteti yer alır.

Digər universitetlərimizin də bu siyahıya düşə bilmək ehtimalı varmı?
Modern.az saytı məsələyə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) münasibət öyrənib.
Qurumdan bildirilib ki, agentlik ali təhsil müəssisələrinə beynəlxalq reytinq göstəricilərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq metodoloji dəstək göstərir:
 

“Bildiyiniz kimi, reytinqlərdə yalnız bir ilin deyil, son bir neçə ilin göstəriciləri nəzərə alınır. Bu baxımdan reytinqlərin metodologiyasına uyğun olaraq ali təhsil müəssisəsinin cari göstəricilərinin təhlili aparılır. Bu təhlillər cari vəziyyətin və gələcək imkanların proqnozlaşdırılması baxımından vacib alət hesab olunur. Əlavə olaraq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin reytinq komandaları üçün il ərzində bir neçə dəfə beynəlxalq təlimçilərin iştirakı ilə komanda quruculuğu görüşləri və təlimlər təşkil olunur”.
 

Bəs hansı işlər görülməlidir ki, daha çox universitetimiz dünya reytinqinə düşə bilsin?
 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, universitetlərin reytinq üzrə dəyərləndirilməsi üçün bir sıra meyarlar mövcuddur:

“Bu səbəbdən reytinqlərə daxil olmaq istəyən ali təhsil müəssisələri ilk növbədə reytinqlərin metodologiyası ilə yaxından tanış olmalı, müvafiq reytinqlər üzrə müəssiəsinin tələb olunan meyarlara cavab verib-verməməsi barədə təhlillər aparmalı, bu təhlillərin nəticələrinə uyğun olaraq yol xəritəsi müəyyən etməlidirlər.

Eyni zamanda ali təhsil müəssisələrində illik fəaliyyət planlarının “QS” və “THE” kimi qlobal reytinqlərdə nəzərə alınan meyarlara uyğun formalaşdırılması da vacib faktordur.  Bu, reytinqlərin metodologiyasının daha dərindən öyrənilməsi və büdcə planlaşdırılmasında prioritet istiqamətlərə yönəlməyə imkan verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri