Icma.az
close
up
RU
Universitetlərin qapıları açıqdır: Bəs rektorların?

Universitetlərin qapıları açıqdır: Bəs rektorların?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrdə zaman-zaman tələbə və digər vətəndaşların universitet rəhbərliyi ilə görüşə bilməməsi, rektorun qəbuluna düşməkdə çətinlik yaşaması ilə bağlı narazılıqlara rast gəlirik. 

Bəziləri müraciətlərinə cavab almaq üçün müxtəlif yollar sınadıqlarını, lakin rəhbər şəxslə görüş üçün konkret qəbul günü və saatı barədə məlumat əldə edə bilmədiklərini bildirirlər. 

Maraqlıdır,universitetlərdə rektorla görüş üçün xüsusi qəbul günü və saatı varmı? 

Tələbə və digər vətəndaşlar rektorun qəbuluna necə düşə bilərlər? 

"Cebheinfo.az” vəziyyəti öyrənmək məqsədilə bir neçə universitetlə əlaqə saxlayıb. 

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova bildirilib ki, hər həftənin cümə günü Bakı Dövlət Universitetində rektorun vətəndaş qəbulu günüdür:

“Hər həftə vətəndaş qəbulu, əməkdaşlarla daimi görüşlər və müzakirələr keçirilir. Bundan əlavə, Universitetin əsas binasında bilavasitə BDU-nun rektoru Elçin Babayevin nəzarət etdiyi “Tələbə müraciətləri qutusu” qoyulub, eyni zamanda BDU-nun bsu.edu.az rəsmi saytında “Tələbədən rektora” elektron müraciət bölməsi fəaliyyət göstərir”. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədova bildirilib ki, rektor, professor Ədalət Muradovla görüş üçün qəbul günləri müəyyən edilib: 

“Qəbul günləri barədə məlumat universitetin saytında və sosial hesablarında mütəmadi olaraq paylaşılır. Tədris ili ərzində hər həftənin cümə axşamı tələbələr, müəllimlər və əməkdaşlar üçün rektorun qəbul günü keçirilir. Kənar şəxslər və vətəndaşlar üçün isə hər ayın ilk şənbə günü “Açıq qapı” günü təşkil olunur. 

Bu görüşlər zamanı vətəndaşlar onları maraqlandıran məsələlərlə bağlı birbaşa rektora müraciət edə bilirlər. İmtahan sessiyası dövründə tələbələrin və onların valideynlərinin müraciətlərinin dinlənilməsi və operativ şəkildə həll edilməsi məqsədilə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günü təşkil olunur. 

Rektorun qəbulunda iştirak etmək istəyən şəxslər əvvəlcədən 1846-1-3 Qaynar xətti ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Universitetə qəbul ərəfəsində UNEC rektorunun abituriyentlər və onların valideynləri ilə də görüşləri keçirilir. 

Bunlarla yanaşı, UNEC rektorunun aktiv rəsmi sosial hesabları (facebook, instagram, linkedin) mövcuddur. Həmin sosial hesablara da müraciətlər olunur və müraciətlər rektor tərəfindən şəxsən cavablandırılır. 

Beləliklə, UNEC-də tələbə, müəllim və əməkdaşlarla yanaşı, kənar şəxslərin də rektorla birbaşa görüşməsi və müraciətlərinin dinlənilməsi üçün müxtəlif imkanlar yaradılıb. Qəbul günləri və görüşlərlə bağlı məlumatlar UNEC-in rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılır”. 

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi Sevinc İsgəndərova bildirilib ki, kənar şəxslər üçün qəbul çərşənbə axşamı saat 14:00-dan 16:00-dək, əməkdaş və tələbələr üçün isə 5-ci gün saat 14:00-dan 16:00-dək keçirilir: 

“Əgər qeyd olunan vaxtlarda rektor vacib tədbir və səfərdə olarsa müraciət edənlərə bu barədə bildiriş göndərilir və qəbul günü başqa tarixə dəyişdirilir”. 

Bakı Slavyan Universitetindən bildirilib ki, vətəndaşların universitet rəhbərliyi ilə birbaşa ünsiyyətinin təmin edilməsi və müraciətlərinin dinlənilməsi məqsədilə rektorun vətəndaş qəbulu hər həftənin cümə axşamı günü, saat 15:00-da keçirilir: 

“Qəbulda iştirak etmək istəyən vətəndaşların əvvəlcədən qeydiyyatdan keçməyi mütləqdir. Qeydiyyat qəbul günündən ən azı bir gün əvvəl həyata keçirilir. Qəbula yazılmaq və əlavə məlumat əldə etmək üçün 0125990869 nömrəsi ilə əlaqə saxlamaq mümkündür”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Universitetlər qəbul

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri