Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən 2 ölkədən biridir

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən 2 ölkədən biridir

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci il iyunun 19-da açıqlanan “QS Dünya Universitetləri Reytinqi 2026” cədvəli, bu reytinqin iyirmiillik tarixində ən genişmiqyaslı buraxılışdır. Reytinqdə 106 ölkə və ərazidən 1,501 ali təhsil müəssisəsi qiymətləndirilib, 112 yeni universitet isə siyahıya daxil edilib.

QS universitetlərin qiymətləndirilməsi üçün keçən il əsaslı şəkildə yenilədiyi 9 göstəricili çərçivəni qoruyub saxlayır: Akademik nüfuz (30%), müəllim başına sitatların sayı (20%), işəgötürənlər arasında nüfuz (15%), müəllim-tələbə nisbəti (10%), xarici müəllimlər (5%) və xarici tələbələr (5%), beynəlxalq tədqiqat şəbəkəsi, məzunların məşğulluğu (5%), davamlılıq (5%). Bu, qarışıq elmi təsiri, tədris potensialını, qlobal əlaqələri və  tələbə seçimlərinə təsir edən amilləri balanslaşdırır.

Artıq ardıcıl 14-cü ildir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) cədvəldə birinciliyi qoruyur. Lakin 2026-cı il reytinqi, London İmperial Kollecinin ikinci yerə yüksəlməsi və Stanford Universitetinin üçüncü pilləyə sıçrayışı ilə diqqət çəkir. Stanford-un irəliləyişi, davamlılıq sahəsindəki nəticələrinin və fakültənin beynəlmiləlləşməsinin artması ilə izah olunur.

İlk onluqda əsasən transatlantik universitetlər yer alır - Oksford, Harvard, Kembric və Sürixdə yerləşən ETH universiteti Avropa və Şimali Amerikanın üstünlüyünü bir daha təsdiqləyir. Asiya isə yüksəlişini möhkəmlədir: Sinqapur Milli Universiteti 8-ci yerə daxil olub, Honq Konqun aparıcı universiteti isə elit onluğun bir addımlığında qərarlaşıb. Səudiyyə Ərəbistanı isə qlobal 200-lükdə üç universitetlə təmsil olunur, bu da Körfəz ölkələrinin tədqiqat iddialarını nümayiş etdirir.

Qısası, 2026-cı il reytinqi həm qlobalsəviyyəli liderlər, həm də yüksələn oyunçular üçün önəmli bir mesaj verir: müxtəlif əməkdaşlıq coğrafiyası, təsdiqlənə bilən məzun uğurları və ölçülə bilən davamlılıq göstəriciləri artıq QS-in hesablamalarında tədqiqat gücü qədər önəm daşıyır.

Azərbaycanın “QS Dünya Universitetləri Reytinqi 2026”da iştirakı əhəmiyyətli dərəcədə genişlənib. Bu il Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 1000 universiteti siyasına daxil olub. Ümumilikdə, ölkənin 9 ali təhsil müəssisəsi reytinqə daxil olub – bu, 2025-ci ildəki 3 universitetlə müqayisədə üç dəfə çoxdur.

Bu dönüşə Bakı Dövlət Universiteti rəhbərlik edir: universitet reytinqdə təxminən 300 pillə irəliləyərək öz tarixində ən yüksək nəticə olan 688-ci yerə yüksəlib və beləliklə, Azərbaycan ilk dəfə qlobal TOP-700 universitet sıralamasına daxil olub.

İki digər daimi iştirakçı da ikirəqəmli sıçrayışlar göstərib: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 801-850 aralığına, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) isə 851-900 aralığına yüksəlib. Hər ikisi ötən il 1001-1200 aralığında yer alırdı.

Lakin əsas diqqətçəkən məqam şaxələnmənin genişliyidir. Bu il 6 yeni universitet ilk dəfə olaraq reytinqə daxil olub ki, bu da ölkənin ali təhsil sisteminin beynəlxalq görünürlüğünün sürətlə artdığını göstərir. Azərbaycan Texniki Universiteti (AzTU) də ADNSU ilə birlikdə 851-900 aralığında yer alıb.

Bakı Mühəndislik Universiteti 901-950, Xəzər Universiteti isə 951-1000 aralığında ilk dəfə reytinqə daxil olub.

Sumqayıt Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti 1001-1200, ADA Universiteti isə 1201-1400 aralığında yer alıb. QS-in rəsmi məlumatına əsasən, bu yeni daxilolmalar Azərbaycanı İordaniyadan sonra ən çox irəliləyiş göstərən iki ölkədən birinə çevirir.

Ümumilikdə 2026 nəticələri Azərbaycanın ali təhsil sistemində keyfiyyət və əhatə dairəsində ciddi mərhələ dəyişikliyi olduğunu təsdiqləyir: reytinqdəki universitetlərin sayı üç dəfə artıb, aparıcı universitetlərin mövqeyi yüzlərlə pillə irəliləyib, və ölkənin müxtəlif bölgə və ixtisas profilli ali məktəbləri beynəlxalq səviyyədə görünür hala gəlib.

Qonşu Ermənistan və Gürcüstanda isə vəziyyət əksinədir. Gürcüstan 2025-ci ildə olduğu kimi bu il də iki universitetlə təmsil olunur - İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti lakin hər ikisi sıralamada geriləyib. TDU 791-800 aralığından 951-1000 aralığına düşüb, GTU isə 901-950-dən 1001-1200 aralığına geriləyərək ötənilki irəliləyişlərini itirib və beləliklə, Gürcüstan TOP-900-luqda yer alan universitetsiz qalıb.

Ermənistanın göstəricisi daha da zəifdir. Yalnız Yerevan Dövlət Universiteti qlobal siyahıda qalıb, lakin o da geriləyib-  901-950 aralığından 1001-1200 aralığına düşüb. Bu isə o deməkdir ki, Ermənistan 2022-ci ildən bəri ilk dəfə olaraq QS reytinqində TOP-1000-likdə bir dənə də olsun universitetlə təmsil olunmur.

Ümumilikdə 2026-cı ilin nəticələri regional fərqlərin kəskinləşdiyini göstərir: Azərbaycan son illərdəki islahat təşəbbüslərini ölçülə bilən reytinq üstünlüklərinə çevirə bildiyi halda, Gürcüstanın aparıcı universitetləri nüfuz problemi ilə üzləşir, Ermənistan isə yeni universitetlər prosesə daxil olunmadığı təqdirdə strateji görünməzliyə yuvarlanmaq riski ilə qarşı-qarşıyadır.

Azərbaycan universitetlərinin QS 2026 reytinq nəticələrinə diqqət etdikdə bir neçə maraqlı məqam üzə çıxır. QS tərəfindən qiymətləndirilən 9 göstərici üzrə ayrı-ayrı baxdıqda Azərbaycan universitetlərinin daha güclü və zəif tərəflərini görmək mümkünüdür. Belə ki, akademik nüfuz göstəricisinə görə ölkənin ən yaxşı universiteti Azərbaycan Memarlıq və İnşaat Universitetidir və o bu parametrə görə dünyada 492-ci yerdədir. İşəgötürənlər arasında ən çox nüfuza malik olan universitet Bakı Mühəndislik Universiteti (dünya üzrə 373-cü yer) və Azərbaycan Dövlət İqtisad Universitetidir (dünya üzrə 379-cü yer). Bu il siyahıya daxil olmuş Sumqayıt Dövlət Universiteti tələbə-müəllim nisbəti indikatoruna görə dünyanın 58-ci universitetidir. Xəzər Universiteti isə həm xarici müəllim (dünya üzrə 277-cü yer), həm də xarici tələbə (dünya üzrə 525-cü yer) indikatoru üzrə Azərbaycan universitetlərini qabaqlayır.

Nicat Məmmədli,

elm və təhsil nazirinin müşaviri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyun 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri