Icma.az
close
up
RU
Univesitetlərdə dövlət imtahanı LƏĞV OLUNUR?

Univesitetlərdə dövlət imtahanı LƏĞV OLUNUR?

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Bu il Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq.

Gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər. Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər.

Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdən – nəzəri və praktik hissədən ibarət olacaq.

Yenilik etmək köhnəni dağıtmaq deyil

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda beşinci stateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil modelinin qurulmasıdır:

“Məhz bu tövsiyə əsasında “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi –“Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” kimi müəyyənləşdirilib.

Yenilik etmək isə heç də köhnəni dağıtmaq deyil, onu təkmilləşdirməkdir”.

Təhsilin köhnəlmişi olmur...

Müsahibimiz qeyd edib ki, təhsilin köhnəlmişi, yenisi olmur, təhsilin hər dövrün tələblərinə uyğun yenilənməsi olur:

“Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək hər birimizin vətəndaşlıq borcudur. Təhsil tələskənliyi, radikallığı, inqilabi sıçrayışları qəbul etmir. Təhsil bir sistemdir və bu sistem oturuşmalıdır. Təhsil elm və təcrübənın vəhdətinə, pedaqogika, psixologiya, fiziologiya və metodologiyanın onilliklərdən, yüzilliklərdən bəri bəhrələnmış qaynaqlarına, toplanmış potensialına əsaslanır, təkamül yolu ilə inkişafı seçir, milli-mənəvi və ümumbəşəri dəyərlərə, nəzəri biliklərə və praktik vərdişlərə yiyələnən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsi daşıyır.

Bir də ki, ADU-da dövlət imtahanı ilə bağlı yekun qərarın qəbul edilməsindən sonra həmin ali təhsil müəssisəsində baş verən 2017-ci il hadisələri nə tez yaddan çıxdı? Həmin il kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti nəzərə alınaraq, Universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınmış, bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədə uyğun hesab edilmişdi. Universitetinin o zamankı rektorluğu məsələ qaldırmışdı ki, dövlət imtahanı ləğv olunsun, əvəzində tələbələr hesabat hazırlasınlar. Bu da narazılıqla qarşılandığı üçün gerçəkləşmədi.

Tələbə 4-5 il bakalavrda oxuyubsa, nə hesabat verəcək?

“Kitabxanaya getdim, filan kitabı oxudum, bufetdə oturdum”və s. və i.a. Universitetə yeni təyin olunan rektor isə hesabatlılığı ləğv edərək, yenidən dövlət imtahan modelini bərpa etdi. Nəticədə hesabatlılığı daha rahat hesab edən sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini və yenidən hesabat hazırlamaq yolu ilə imtahan keçirilməsini tələb etdilər. Sosial şəbəkələrdə 30 mindən çox tələbə bu çağırışa qoşuldu.

Yaranan vəziyyət isə yeni təyin olunan rektorun vəzifədən kənarlaşması ilə nəticələndi. Qərara alındı ki, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli qərarı ilə təsdiq edilib. Sənədə əsasən ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır”.

Ekspert hesab edir ki,  Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir:

“İstər bilet olsun, istər test, istər diplom, istərsə də tədqiqat işi, istənilən halda dövlət imtahanının ləğvi məqbul sayıla bilməz. Dövlət imtahanını ləğv ediriksə, qəbul imtahanı nəyə lazımdır? Belə çıxır ki ali məktəbə qəbul çətin, bitirmək isə asan imiş. Həm şagird, həm də tələbə nailiyyətlərinin yekun attestatiyası deyilən bir anlayış var. Tələbənin oxuduğu dövrdəki fəaliyyəti ən yüksək səviyyədə dəyərləndirilməli və qiymətləndirilməlidir.

Bir halda ki, ali məktəb qapılarının girişini genişləndirməkdən, çıxışını daraltmaqdan danışırıq... Nəticə olaraq onu deyə bilərəm ki, nə qədər ki, təhsil bir sistem olaraq oturuşmayacaq, yenilik etmək adı ilə görüntü xarakterli, məzmuna deyil formaya yönəlik dəyişikliklər ediləcək, bu sahədə əsaslı irəliləyişlər baş verməyəcək...”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri